BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bildiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir. 2001-ci ildə Avropa Şurasına üzv olandan sonra ilk dəfədir ki, ölkəmiz Avropa Şurasının Parlament Assambleyası ilə bütün əlaqələri kəsdi. Yerigəlmişkən, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatı da mübarizə ruhundadır. Bəyanatda Azərbaycanın 1991-ci ildən başladığı müstəqillik yolu təhlil edilir. AŞPA-nın müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq platforması olduğunun vurğulandığı sənəddə Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olmaqla qarşısına qoyduğu məqsəd açıqlanır. Bildirilir ki, respublikamız beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında köməyə, beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağına ümid bəsləyib. Lakin: “2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti – Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir”. Bəyanatda, eyni zamanda, vurğulanır ki, Azərbaycan təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra, ləkələnmək, əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzədir. Bəli, hazırda AŞPA müstəvisində oynanılan çirkin oyunun da məqsədi məhz budur. Necə ola bilər ki, təxminən iyirmi ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyətinə erməni işğalının AŞPA ilə bağlı məsələ, qurumun münaqişənin müzakirəsi üçün düzgün format olmadığı deyilib, indi isə Azərbaycan–Ermənistan münasibətləri, Qarabağ reallıqları fonunda ölkəmizə qarşı qərəzli mövqe tutulub? Bu, son dərəcə məntiqsiz, məntiqsiz olduğu qədər də əcayib yanaşma deyilmi? Niyə bir milyondan artıq azərbaycanlı insan sayılmırdı? Nəyə görə onların otuz ilə yaxın müddətdə üzləşdikləri durum insan hüquqlarının pozulması anlamına gəlmirdi? Bəli, AŞPA alətdir. Təəssüf ki, siyasi alətə çevrilmək hazırda dünyanın bir çox aparıcı beynəlxalq təşkilatlarının üzləşdikləri acınacaqlı durumdur. Bu durum təməl prinsiplərə aşkar həqarətin təzahürüdür. Elə bir təzahürdür ki, son dərəcə dəhşətli presedent formalaşdırmaq ehtimalı böyükdür. Belə çıxır ki, hər cür ədalətsizliyin ədalət, hər cür hüquq pozuntusunun haqq kimi leqallaşması mümkündür. Həqiqətən də ortada demokratiya adına utancverici mənzərə var. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib.

Nəzərə alaq ki, şvabelərin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsü də çirkin tendensiyanın tərkib hissəsidir. Əlbəttə, AŞPA-nın anti-Azərbaycan ritorikasındakı başlıca məqam 7 fevral prezident seçkiləridir. Dünyada hər bir aparıcı qütb yaxşı anlayır ki, seçki Azərbaycan xalqının iradəsinin növbəti təzahür meydanı, xalq-iqtidar vəhdətinin təntənə anı olacaq. Məqsədləri proseslə bağlı total antipatiya yaratmaqdır. İstəkləri ölkəmizin iradəsini sivil dünyadan təcrid durumunun elementi kimi göstərməkdir. Ancaq başlarını itiriblər. Xaricdəki anti-Azərbaycan qüvvələrin bir qismi prezident seçkilərini müşahidə etməyəcəyini açıqlayır, AŞPA isə bəhanə gətirir. Guya, ölkəmizin qurumdakı nümayəndə heyəti prosedur qaydalarını pozaraq seçkiyə dəvət göndərməyib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatında bildirildiyi kimi, ölkəmizə qarşı oynanılan çirkin oyun seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımdır. Ancaq AŞPA-dakılar unutmamalıdırlar ki, nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.

Azərbaycan 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri ilə Ermənistana və onun havadarlarına dərs verdiyi kimi, AŞPA-dakı nümayəndə heyətimizin bəyanatındakı bu fikirlər də dərsdir.

 

 

İman ABDUYEV, politoloq

 

 

 

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər