BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

7 fevral növbədənkənar Prezident seçkilərinə sayılı günlər qalıb. Seçkilərdə 7 namizəd iştirak edir.

Qeyd edək ki, seçkilər ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək.

Maraqlıdır, seçiləcək Prezidentin inaqurasiya mərasimi Xankəndidə keçirilə bilərmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu andiçmə mərasiminin Xankəndidə keçirilə biləcəyini söyləyib:"Mahiyyət etibarilə bu baş verə bilər. Lakin andiçmənin harada keçirilməsi Prezidentin özünün qərarından asılı olacaq. Aydın məsələdir ki, müstəqilllik əldə etdiyimizdən bəri ilk seçkilərdir ki, respublikamızın bütün ərazilərini əhatə edəcək. Bu tarixi bir hadisədir. Biz 1991-ci ildə müstəqilliyə qərar verəndə, artıq ərazilərimizin 1/3-nə faktiki olaraq nəzarət edə bilmirdik. Müvafiq olaraq müstəqilliyimizin 2020-ci ilə qədər olan dövründə Prezident, parlament və bələdiyyə seçkiləri heç vaxt bütün ərazilərimizi əhatə etməyib. Ona görə də hesab edirəm ki, bu seçkilər xalqımızın həyatında olduqca mühüm əhəmiyyət kəsb edən hadisədir".

E.Mirbəşiroğlu vurğulayıb ki, Prezidentin inaqurasiya mərasimini Xankəndidə keçirməsinin sözlə ifadə oluna bilməyəcək qədər böyük mənəvi təsiri olar:
"Sözsüz ki, bizim dövlətimiz və xalqımız üçün olduqca strateji əhəmiyyətli hadisələr baş verib. Məsələn, Şuşada qardaş ölkə Türkiyə ilə müttəfiqlik sazişi imzalandı. Bunun özü də çox mühüm simvolik əhəmiyyət daşıyırdı və böyük mesaj idi. Prezidentin Qarabağ ərazisində, Xankəndidə inaqurasiya mərasimini keçirməsi həm dünya azərbaycanlıları üçün təsirli bir hadisə olardı, həm də dünyaya böyük bir mesaj olardı. Eyni zamanda biz bir daha torpaqlarımıza sahibləndiyimizi və vəziyyəti dönməz etdiyimizi bütün dünyaya bəyan etmiş olardıq. Bunun çox böyük mənəvi, sözlə ifadə edilməyəcək dərəcədə təsir gücü olar". 

Qeyd edək ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər