BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan əleyhinə qətnamə qəbul edərkən bizə dost hesab olunan bəzi ölkələrin deputatlarının da prosesə qoşulması təəssüf doğurur. Böyük Britaniya, Moldova, İtaliya və Serbiya kimi dövlətlərin nümayəndələrinin qərəzli kampaniyaya qoşularaq qətnamənin qəbuluna dəstək vermələri heç bir halda onların mövqeyi kimi qəbul edilə bilməz.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

O bildirib ki, bəzi ölkələrin AŞPA-dakı nümayəndələri arasında Azərbaycanla bağlı qətnamənin əleyhinə də səs verənlər olub, lehinə də. “Azərbaycanın Britaniya, Moldova, İtaliya, Serbiya kimi ölkələrlə çox yaxşı münasibətləri var. Azərbaycan İtaliyanın elektrik enerjisi təchizatında böyük rol oynayır. Amma bu gün İtaliyada da ümumavropa, xristian maraqlarını hər şeydən üstün tutan deputatlar var. Eyni vəziyyət Moldova, Serbiya ilə də keçərlidir. Hətta qardaş Türkiyənin AŞPA-dakı deputatı Berdan Öztürk də Azərbaycanın əleyhinə səs vermişdi. Bu, həmin Berdan Öztürkdür ki, soyadında “türk” sözünün olmasına baxmayaraq, PKK-nın maraqlarını hər zaman müdafiə edib. O, Türkiyənin əleyhinə olan sənədi dəstəkləyən, terrorçu Abdullah Öcalanı müdafiə edən şəxsdir. AŞPA-dakı deputatlar bir sıra hallarda dövlətlərarası münasibətləri görməzdən gəlirlər və öz siyasi baxışlarına üstünlük verirlər. Xüsusilə də sol təmayüllü deputatlar demokratiya, insan haqları məsələlərində ifrata varırlar. Onlar cinsi, etnik azlıqların maraqlarını dövlətlərin milli maraqlarından üstün tuturlar. Azərbaycana qarşı qətnaməyə səs verənlər əsasən solçu baxışları olan deputatlar olub. Bu mənada biz heç bir halda Türkiyə kimi qardaş, Britaniya, Moldova, İtaliya, Serbiya kimi dost dövlətlərin AŞPA-dakı deputatlarının mövqelərinin həmin ölkələrin mövqeləri kimi qəbul etməməliyik”, - deyə R.Alıyev diqqətə çatdırıb.

Politoloqun sözlərinə görə, solyönümlü deputatlar daha çox Fransa, Almaniya kimi ölkələr tərəfindən istiqamətləndirilir. Azərbaycan AŞPA-ya torpaqlarımız işğal altında olduğuna görə üzv qəbul edilib. Hesab edirdik ki, bu üzvlük təcavüzkar Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmasına kömək edə bilər. Avropa Şurası 30 il ərzində bircə dəfə də olsun təcavüzkar Ermənistanın səsvermə hüququnu əlindən almadı, heç bir məhdudiyyət, cəzalandırıcı qərarlar qəbul etmədi. Biz Qarabağ problemini özümüz həll etdik. Bundan sonra Avropa Şurası, Avropa Parlamenti kimi qurumlar bizə lazım deyil. Azərbaycanla əməkdaşlıq, ilk növbədə, Avropa təşkilatlarının özünə lazımdır.

R.Alıyev onu da vurğulayıb ki, bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı qərəzli addımları ölkəmizin əsas hissəsini Naxçıvanla və Türkiyə ilə birləşdirəcək nəqliyyat xəttinin İrandan keçməsinə dair razılaşmadan sonra baş verdi. “Qərb nəqliyyat xəttinin İrandan kənar - Ermənistan keçməsini dəstəkləyirdi. Amma İrəvan Zəngəzur dəhlizinin açılmasına imkan vermədi və belə olan halda, Azərbaycan İranın təklifini qəbul etdi. Əslində, burada günah Ermənistanda və onun havadarlarındadır. Gərək Qərb Ermənistan hakimiyyətinə təzyiq göstərəydi ki, Zəngəzur dəhlizinin açılmasına icazə versin. Düşünürəm ki, Ermənistanın və Qərbin narahatlıqlarına, təzyiqlərinə baxmayaraq, Azərbaycan qarşısına qoyduğu hədəflərə çatacaq”, - deyə o bildirib.

Son xəbərlər

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

Bütün xəbərlər