BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası A.Şaiq adına 2 nömrəli kitabxana filialı ilə birgə Yasamal rayon Heydər Əliyev Mərkəzində uşaq yazıçısı və şair Gülzar İbrahimovanın 65 illik yubileyi münasibətilə onun yaradıcılıq gecəsini keçirdi. 

Tədbir “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil olunmuşdur.

Tədbir iştirakçıları və qonaqlar torpaqlarımızın işğaldan azad olması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.                                        

Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova tədbiri açaraq qonaqları salamladı, Yasamal rayon Heydər Əliyev Mərkəzinin rəhbəri və kollektivinə tədbirləri bu məkanda keçirməyə şərait yaratdıqlarına görə minnətdarlığını bildirdi. O qeyd etdi ki, 2023-cü il Ümummilli Lider Heydər Əliyevin 100, Zərifə Əliyevanın 100, Salam Qədirzadənin 100, Mir Cəlal Paşayevin 115, Mikayıl Müşfiqin 115 illik yubileyləri ilə yadda qalmışdır.

O qeyd etdi ki, 2024-cü il də tariximizdə yaddaqalan il oldu. Müzəffər Prezidentimiz, Alı Baş Komandan İlham Əliyev növbədənkanar Prezident seçkilərində parlaq qələbə qazandı.

Dekabrda uşaqların, eyni zamanda böyüklərin də sevimlisi yazıçı- publisist, şair Gülzar İbrahimovanın 65 illik yubileyi tamam oldu. Bununla əlaqədar bu gün onun yaradıcılıq gecəsi təşkil olunub. L.Məmmədova qeyd etdi ki, bir çox şair və yazıçılar yeni əsərlərini, nəşr olunmuş kitablarını kitabxanada həyata keçirilən layihəyə təqdim edirlər. Gülzar İbrahimovanı (Gülzar nənənı) bütün uşaqlar nağılçı kimi tanıyır. O, həm də çox saylı məqalələrin müəllifi və nəğməkar şairdir. Yazıçı çoxsaylı kitablarını kitabxanalarımıza hədiyyə edir, onun kitabları çox oxunur.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova Gülzar İbrahimovanı yubiley münasibətilə təbrik edərək, ona yaradıcılıq uğurları arzuladı.

Yaradıcılıq gecəsində Göyçay rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Pərvanə Həsənova tərəfindən hazırlandığı və uşaqların sevimlisi Gülzar nənənin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu. Videoçarxda yazıçının iştirak etdiyi görüş və tədbirlərin, qələm dostları ilə birgə fotoları təqdim olunmuşdur.

 

Tarix elmləri doktoru, professor, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, şair-qəzəlxan Şahin Fazil Gülzar İbrahimovanı təbrik edərək, ona yaradıcılıq uğurları arzuladı və qeyd etdi ki, onun mənsur şeirləri, uşaqlar üçün şeirləri, hekayələri maraqla oxunur. O, Gülzar İbrahimovaya həsr etdiyi yeni “Müasir şair Gülzara” şeirini oxudu.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin məsul işcisi Eşqin Şadlinski çıxışında Lətifə Məmmədovanın kitabxana sahəsində əziyyətinin danılmaz olduğunu qeyd etdi. O, Gülzar İbrahimovanı yubiley münasibətilə təbrik etdi və yubilyara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanını təqdim etdi. O, həmçinin “Tərəqqi” medalı mükafatçısı, şair, publisist Nəsibə İsrafilqızına da Fəxri fərman təqdim etdi.

Tədbirdə çıxış edən “Zəka oyunları” Mərkəzinin rəhbəri Xəyalə Nuşirəvanova öz adından və “Zəka-Print” nəşriyyatı adından Gülzar İbrahimovaya yaradıcılıq uğurları arzuladı.

Şair, yazıçı Gülarə Munis öz qələm yoldaşını yubiley münasibətilə təbrik edərək, bildirdi ki, onun adı gələndə hər kəsin üzündə təbəssüm yaranır. O, Gülzar nənəyə həsr etdiyi qəzəli yazıçıya təqdim etdi.

Oxucu Aynur Ələkbərova çıxışında qeyd etdi ki, Gülzar nənə sonu olmayan bir kitabdır ki, onu oxuduqca daha çox maariflənirsən. Yazıçının uşaqların dünyagörüşünə rəng qatdığını vurğuladı. A.Ələkbərova Türkiyədə Qazi Osmanpaşa Universitetində təhsil aldığını, həyatında Gülzar nənənin böyük təsirinin olduğunu bildirdi və öz əl işini – balıqqulağılardan güzgü üzərində hazırladığı gül tablosunu sevimli yazıçısına hədiyyə etdi.

Tədbirləri gözəlləşdirən, hər zaman onları gözəl mahnıları ilə rövnəqlədirən xanəndə Maya Cəbrayılova çıxışında şair və yazıçılarla görüşlər təşkil etdiyinə, onları oxuculara daha da yaxın etdiyinə görə L.Məmmədovaya təşəkkür etdi. O, Gülzar nənə ilə ilk görüşündən danışdı və yubiley gecəsində ona uğurlar arzuladı.

Goradil qəsəbə məktəbinin müəllimi Nərgiz Nağıyeva bildirdi ki, uşaqlar yazıçı ilə görüşə hər zaman böyük həvəslə hazırlaşırlar. Gülzar İbrahimova təkcə balacaların deyil, həm də böyüklərin sevimlisidir.

Tanınmış jurnalist, rəsmixəbər.az saytının baş redaktoru Rəsmiyyə Aydınqızı Gülzar İbrahimovanı gözəl dost, cəsarətli qadın adlandırdı, uğurlarının bol olmasını arzuladı.

Şair, publisist, “Tərəqqi” medalı mükafatçısı Nəsibə İsrafilqızı Gülzar nənə ilə bağlı xatirələrini bölüşdü, uşaqlarla işləməyin çətin olduğunu qeyd etdi. Bildirdi ki, tədbirdə çıxış edən uşaqlar böyüyəndə də Gülzar nənəni unutmayacaqlar.

BDU-nun Filologiya fakültəsinin dosenti Xəyalə Əfəndiyeva çıxışında qeyd etdi ki, biz xoşbəxt nəsilik ki, Gülzar xanımın nağılları ilə böyümüşük. İndi də övladlarımız onun əsərlərini mütaliə edir. Siz bizə örnək olmusunuz. Mustafa Kamal Atatürkün bir ifadəsi yerinə düşər: “Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir... Yer üzündə gördüyümüz hər şey qadının əsəridir".

Yasamal rayon Heydər Əliyev Mərkəzinin  baş elmi işçisi Arifə Mustafayeva çıxışında Gülzar İbrahimovanın şeirləri, ibrətamiz hekayələri, yumorları, mənsur şeirlərinin sevə-sevə oxunduğunu bildirdi. Yazıçıya yaradıcılıq uğurları arzulayıb, onu təbrik etdi.

Şair Nazlı Yazar Gülzar İbrahimovanın hekayələrini oxuduğunu bildirdi və təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdü. O, yubilyara hədiyyə etdiyi “Nağıl dili yüyrək olar” şeirini oxudu.

3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova bildirdi ki, Gülzar nənə onun rəhbərlik etdiyi kitabxananın da oxucusudur və övladları, kitabxananın oxucuları onun şeirləri ilə böyüyür.

Qonaqlardan Tərlan Muradova yazıçı ilı bağlı xatirələrini bölüşdü və yubilyarı təbrik etdi.

Yasamal rayon MKS-nin Uşaq şöbəsinin müdiri Sevil Namazova və böyük metodist İradə Hüseynova çıxışlarında Gülzar İbrahimovanın kitablarının oxucular tərəfindən sevə-sevə oxunduğunu bildirdilər. Qeyd etdilər ki, Gülzar nənə yeni kitabını kitabxanalarımıza hədiyyə edir. Onlar yazıçını səmimi qəlbdən təbrik edərək, ona uğurlar arzuladılar.

Tədbirin bədii hissəsində 158 nömrəli tam orta məktəbin bədii qiraət və dərnək müəlliməsi Pərzad Vahabovanın və köməkçi valideyn Türkanə Orucovanın rəhbərliyi ilə 4, 5, 6-cı sinif şagirdlərinin ifasında yubilyarın şeirləri, hekayələrindən parçalar səsləndirildi. Şagirdlər Gülzar İbrahimovanın “Ana dilim” mahnısını oxudular. Daha sonra yazıçının “Axsayan dilənçi”, “Ən ağıllı uşaq”, “Bir gün bir uşaq”, “Molla Nəsrəddin”, “Zənci” və digər yumorları balaca oxucuları tərəfindən səsləndirildi.

AMK tərkibində İncəsənət Gimnaziyasının 3-cü sinfin rəhbəri Ramela Əliyeva yaradıcılıq gecəsində onların da fidanlarını tədbirə dəvət etdiyinə görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Tədbirdə AMK tərkibində İncəsənət Gimnaziyası tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olundu. Ramela Əliyevanın və tərbiyəçi Zülfiyyə Əlizadənin rəhbərliyi ilə şagirdlər şeir və hekayələrlə yubilyarı təbrik etdilər. Şagirdlər Çingiz Mustafayevə həsr olunmuş “Qoy dünya tanısın” səhnəciyini nümayiş etdirdilər. Vətənpərvər şagirdlərin ifasında “Sağ ol, ey Vətən” mahnısı səsləndirildi. Daha sonra Gülzar nənənin “Hansı peşəni seçim?” şeiri səhnələşdirildi.

Söz muğama da verildi. Tarda Özal Məmmədxanlı, kamanda Elşən Qəribovun müşayiəti ilə xanəndələr Maya Cəbrayılova “Şikayətim var” və “Qatar” təsnifini, Rəna Qafarova isə “Dilkeş” təsnifini ifa etdi. 4 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Humay Səmədzadə isə “Ana yurdum” mahnısını ifa etdi.

Sonda Gülzar İbrahimova tədbir iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirdi.

Gülzar İbrahimovaya həsr olunmuş videoçarx Yasamal rayon MKS-nin YouTube kanalında və şair, yazıçı Gülarə Munisin tədbirlə bağlı məqaləsi aşağıdakı keçiddə yerləşdirilib:

//www.youtube.com/watch?v=vEleeYLJWRE

//drive.google.com/file/d/18F8rI61GJNZHBXcMPGhpvBMuB1qiApvS/view

 
b_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_2eerrdddqq.JPGb_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_3ttrt55rtrt.JPGb_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_6878uiuy7767ytt.JPGb_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_75434eq32.JPGb_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_456545rtre454rtvv.JPG

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər