BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Əbədi Birlik” Gənclər İctimai Birliyi təşkilatında qardaş KKTC Respublika Məclisinin sədri Zorlu Töre ilə “Azərbaycan və KKTC münasibətləri : Kipr Türklərin Şərqi Aralıq dənizindəki Əbədi Qalasıdır” adlı görüş keçirilib. 

“Azərbaycan və KKTC arasında əlaqələr, Kipr Türklərin Şərqi Aralıq dənizindəki Əbədi Qalasıdır” başlıqlı görüşə onlayn qoşulan Quzey Kıbrıs Cümhuriyyət Məclisinin sədri Zorlu Töre iştirakçılara açıqlamalar verib.

Azərbaycan “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Zoom platforması üzərindən “Azərbaycan və KKTC arasında əlaqələr | Kipr Türklərin Şərqi Aralıq dənizindəki Əbədi Qalasıdır” adlı toplantı keçirilib. Tədbirdə KKTC-dən parlament sədri Zorlu Töre, Azərbaycandan “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev, digər nümayəndələr və gənc diplomatlar iştirak ediblər.

Quzey Kıbrıs Respublika Məclisinin sədri Zorlu Töre tədbir iştirakçılarını salamlayaraq, hər üç dövlətin bir-birinə soy-köklə bağlı bir toplum olduğunu, eyni taleyi, eyni ağrını paylaşdığını vurğulayıb. Töre çıxışında “Avropa dövlətlərinin birliyi, ərəb dövlətlərinin birliyi, Skandinaviya dövlətlərinin birliyi var, türk dövlətlərinin birliyi niyə daha da inkişaf etməsin?” deyib.

TÖRE: AZƏRBAYCAN-KKTC MÜNASİBƏTLƏRİ ARTAN XƏTDƏ İNKİŞAF EDİR VƏ BU BİZİ SEVİNDİRİR

Quzey Kıbrıs Parlamentinin sədri Töre Azərbaycan Prezidenti İLHAM ƏLİYEVİN Türkiyəyə səfəri çərçivəsində: “Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının toplantısı keçiriləcək görüşə KKTC prezidenti ERSİN TATARI da dəvət edəcəyik” - qeyd etməsinin Azərbaycan ilə KKTC arasında əlaqələrin yüksəldilməsində bu məsələnin əhəmiyyətini vurğulayaraq ifadə etdi. O, çıxışında “Quzey Kıbrıs Türk Cümhuriyyəti üçün Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası böyük əhəmiyyət kəsb edir.” dedi.
Töre, “Azərbaycan zülmə məruz qalmasına baxmayaraq bayrağını səmada dalğalandırdığı kimi, biz də KKTC bayrağımızı eyni şəkildə dalğalandırırıq və bayrağımız heç vaxt enməyəcək” sözləri ilə davam edib.

TÖRƏ "Əbədi Birlik" çətiri altında birləşən Türk Dünyası gənclərinə: "Sən bir bayraqsan! Heç vaxt bayrağı endirməyəcəksən! Yıxılanların əlindən bayrağı tutub daha da irəli addımlayacaqsan! Və Harada olursunuzsa olun, Türk Millətinin, Azərbaycanın, Türkiyənin, KKTC və digər Türk dövlətlərinin yüksək mənafeləri naminə bayrağını daha da yüksəklərə daşıyacağıq. Hədəf hər zaman Zirvə olmalıdır! Gənclərimiz hər zaman belə ideallarda birləşməlidir Vətən, Bayraq, Din və Millət uğrunda şəhid olanları rəhmətlə yad edirik!" - dedi.
Zorlu TÖRE nitqinin sonunda mərhum Nihal Atsızın dediyi: Qəhrəmanlığın əlaməti irəli addım atıb geri qayıtmamaqdır! Qəhrəmanlıq bayrağı endirməmək deməkdir! Qəhrəmanlıq yerə yıxılanın əlindən bayrağı tutub daha da irəli addımlamaqdır! Qəhrəmanlıq son nəfəsimizə qədər Türk Millətinin yolunda davam etmək deməkdir!” – sözlərini sitat gətirib.

ƏLİYEV: BİRLİYİMİZ ƏBƏDİ OLACAQ

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev layihənin məqsədini və Azərbaycan ilə Quzey Kıbrıs Türk Cümhuriyyəti arasında əlaqələrin inkişafı və “Əbədi Birlik” GİB tərəfindən KKTC ilə bağlı həyata keçirilən proqramların əhəmiyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycan türkcəsində yazdığı “Kıbrıs: Şərqi Aralıq dənizində türklərin əbədi qalası” adlı kitabın əhəmiyyətinə toxunaraq, türkdilli ölkələrin dostluq, qardaşlıq və müttəfiqlik bağlarının möhkəmlənməsi üçün çalışmalı olduqlarını vurğulayıb. O bildirib ki, onların təşkil etdikləri layihənin məqsədi Azərbaycan-Quzey Kıbrıs dövlətlərinin birgə fəaliyyətindən töhfələri təşviq etmək, birliyimizi və bərabərliyimizi gücləndirməkdir.

Sual-cavab sessiyasında türkdilli ölkələrdən olan gənclər fəal iştirak ediblər.

2580

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər