BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan və Türkiyə arasında ümumi maraqlar yüksək səviyyədə qorunur

Azərbaycan və Türkiyənin birliyi bütün ölkələr üçün hər zaman maraq mövzusuna çevrilib. Bu gün Azərbaycan və Türkiyənin bir çox yerlərində, eləcə də evlərdə hər iki dövlətin bayrağı yanaşı dalğalanır. Bu özü bir tarixi nümunədir. Yalnız Azərbaycan və Türkiyədə bu kimi hallara rast gəlmək olar. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimi artıq praktik olaraq həyatda özünü göstərir. Həmçinin bu fikir qəlblərdə yaşayır.
Bugünlərdə Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri siyasi və tarixi əhəmiyyət daşıyr. Prezident İlham Əliyev yenidən prezident seçildikdən sonra ənənəvi oalraq ilk rəsmi səfərini məhz qardaş ölkə olan Türkiyəyə edib.

Cənab Prezident Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda “Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik”, - deyə öz fikrini açıqlayıb. Bu haqda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatında məmnunluqa danışıb: “İlham qardaşımın prezident seçilməsindən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram.

Bildiyiniz kimi, fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsi ilə əlaqədar tarixi bir önəmə sahibdir. Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm”. Bütün bunlar Azərbaycan və Türkiyənin bütün sahələrdə əməkdaşlığının, qardaşlığının regional və dünya miqyasında önəmli amilə çevrilməsinin göstəricisidir. Eyni zamanda Prezident İlham Əliyev və Prezidenti Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğu vardır.

Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin uğur formulu bu iki güclü şəxsiyyət arasındakı liderlik xüsusiyyətləridir. Hazırda hər iki dövlətin başçısı prinsipial, cəsarətli və düşünülmüş siyasət yürüdərək beynəlxalq aləmdə öz sözlərini deyirlər. Bu gün dünya Azərbaycan və Türkiyənin təşəbbüslərini qəbul edir. Məhz buna görə dövlətimizin başçısı bəyanatında Türkiyənin bu gün dünya miqyasında söz sahibi olduğunu vurğulayıb: “Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”. Prezident İlham Əliyev milli maraqları hər şeydən üstün tutur. Və bunu qətiyyətlə qoruyaraq əməli fəaliyyəti ilə nümayiş etdirir. Bu gün öz Lidernin sayəsində Azərbaycan çox böyük tarixi uğurlar əldə edib. Biz bu prinsipiallığı və uğuru Prezident Rəcəb Tayyib Ərdoğanın simasında Türkiyədə də müşahidə edirik.

Səfər çərçivəsində Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədləri imzalnmışdır. Bu sənədlər arasında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” təhsil sahəsində ikitərəfli əməkdaşlıq baxımdan yeni balanğıcdır. Cənəb Prezident bunu bəyanatında “önəmli anlaşma” olaraq dəyərləndirmişdir: “Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır.

Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”. Türkiyə-Azərbaycan Universitetində yetişəcək kadrlar iki ölkənin birliyi üçüna qürurla çalışacaqlar. Burada təhsil alan gənclər gəlcəkdə çox böyük fəxrlə türk dünyasına xidmət edəcəklər.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Ankara səfəri zamanı istər verilən bəynatlar, istər imzalanan bir sıra sənədlər, istərsə də keçirilən faydalı görüşlərdən aydın olur ki, Azərbaycan və Türkiyə arasında ticarət, enerji, təhsil, müdafiə sənayesi və digər sahələrdəki əlaqələrin inkişafı daha da sürətlənəcək. Xüsusən Ermənistanla münasibətlər başda olmaqla regional proseslərlə bağlı hər iki dövlətin qətiyyəti daha da möhkəmlənəcək. Artıq Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsinin imzalanmasından sonra müttəfiqlik daha da güclənib. Planlı şəkildə layihələr həyata keçirilir. Bu gün Azərbaycan və Türkiyə arasında ümumi maraqlar yüksək səviyyədə qorunur.

Ən çətin və fövqəladə vəziyyətlərdə təkcə sözdə deyil, əməli olaraq birinci olaraq Azərbaycan Türkiyənin dəstəyini görmüşdür. Eyni zamanda da belə məqamlarda Türkiyəyə də məhz Azərbaycan ilk olaraq dəstək vermişdir. Azərbaycanın və Türkiyənin türk dünyası üçün hələ görəcəyi işlər çoxdur. İki qardaş dövlət və xalq bilik göstərərək türk dünyasının inkişafı üçün öz töhfələrini verəcklər.

Ağayev Nəbi Baba oğlu
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər