BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı şəhər Yasamal rayon MKS-inin  A.Şaiq adına 2 nömrəli kitabxana filialı və A.İ.Məmmədov adına 38 nömrəli məktəb “Xocalıya ədalət gərəkdir” adlı tədbir keçirdilər.

 

         Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başladı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

        Tədbiri məktəbin direktoru Yaqut Əfəndiyeva açaraq Xocalı faciəsinin Azərbaycan tarixinin qanlı səhifəsi olduğunu bildirərək, sözü məktəbin təşkilatçısı Gülnarə Vəliyevaya verdi. Gülnarə Vəliyeva Xocalı faciəsi  haqqında ətraflı danışdı.

        A.İ.Məmmədov adına 38 nömrəli məktəbin şagirdləri Xocalı faciəsinə  həsr olunmuş əbədi-bədii kompozisiya nümayiş etdirdilər və şeirlər  söylədilər.

        Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə  Ermənistan silahlı birləşmələri  tərəfindən   Xocalı şəhəri  işğal edərkən,  dinc əhaliyə qarşı törədilən soyqırımdan məlumat verdi. O, şəhid ailələri və qaziləri salamladı.

        Yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı Xocalı hadisəsindən danışdı və müəllifi olduğu “Könül səhifəm” adlı kitabından şeirlərini səsləndirdi.

        A.Şaiq adına 2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova Xocalı soyqırımı haqqında danışaraq bildirdi ki, bu faciə insanların vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələndi və erməni vandalizminin təzahürü idi. O, şəhid analarına səbr, qazi və veteranlarımıza can sağlığı dilədi.

        Bütün şəhid anaları adından şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva oğlu ilə qürur duyduğunu söylədi və belə tədbirlərin hazırlanmasında  əməyi olanlara minnətdarlığını bildirdi.

        Şəhid-hərbiçi Əmirulla Əliyevin atası Vahid Əliyev və anası Ofeliya Əliyeva şəhidin yazdığı şeirlər kitabını məktəb kitabxanasına və M.Ş.Vazeh adına Mərkəzi Kitabxanaya  hədiyyə etdilər.

        “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədr müavini Vidadi Şabanov və qazilər çıxışlarında məktəblilərə Xocalı soyqırımı haqqında həqiqətləri öyrənməyi, təbliğ etməyi, şəhidlərin onlara əmanət etdiyi Vətənə layiq vətəndaş olmağı tövsiyə etdilər. Şair Qadir Hüseynov “Şəhid anası” şeirini səsləndirdi.

        Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Sülh Səfiri, “Qızıl Qələm” mükafatçısı, “Dövlət və qanun” qəzetinin baş redaktoru  Yasəmən Möhübbətqızı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan qəhrəmanlarımız haqqında danışdı.

        38 nömrəli məktəbin məzunu, şəhid Elvin Salayevin atası çıxışında şəhidlərimizin sücayətindən, qəhrəmanlığından, oğul itkisinin onun üçün ağır olmasından danışdı.

        Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, media və ictimaiyyət nümayəndələri, Xocalı sakini, Xocalıda əsir düşmüş canlı şahid, qazi Valeh Hüseynov, hərbi hospitalda müharibə illərində işləyən Zülfiyyə İsmayılova, şair Qadir Hüseynov  Xocalı faciəsi haqqında danışdılar.

        Müğənni Aybəniz Çələbinin ifasında “Yaşa Azərbaycan” mahnısı səsləndirildi.

        Tədbirin sonunda şagirdlər “Yaşasın müstəqil Azərbaycan!” şüarını səsləndirdilər.

b_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_0.1_1.jpg

b_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_428331583_776567361049842_4199220165359213861_n.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_IMG-20240223-WA0037.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_IMG-20240223-WA0036.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_428420868_1064276534686057_6963563532262085003_n.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_1_3.jpg

b_500_300_16777215_00_images_xeber_sekilleri_16yanv2024_00000000pp9oloop098.jpeg

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər