BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Sosial Tədqiqatlar Mərkəzində (STM) “Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda dəyirmi masa keçirilib.

Kanal 20 TV xəbər verir ki, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşir, Milli Məclisin deputatları, politoloqlar iştirak edib.

Toplantının giriş sözü ilə açan Elşad Mirbəşir deyib ki, bu gün Azərbaycan bütün dünya azərbaycanlılarının məsuliyyətini öz üzərinə götürmək gücündədir. Bugünkü Azərbaycan yeni reallıqlara uyğun inkişaf hədəflərini müəyyənləşdirə bilir:

“Dünya azərbaycanlıları artıq özünün güclü və qüdrəti dövlətlərinin olmasına əmindirlər. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada söz sahibi olan ölkəyə çevrilib”.

Daha sonra toplantı iştirakçıları videorolikə baxıblar.

Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı isə qeyd edib ki, güclü dövlət ədalətli qanunlarla qurulur və 1993-cü ildən bu yana Azərbaycanda güclü dövlətin qurulmasının təməli qoyulub:

“Modernləşməyən dövlət heç zaman rəqabətə tab gətirə bilməz. Dövlət inkişaf etmirsə, güclü ola bilməz və hədəfinə də çata bilməz. Xatırlayırsınızsa, 2003-cü ildə Prezident İlham Əliyev demişdi ki, bizim hədəfimiz modernləşməkdir. Yenilənmə həmişə özü ilə inkişaf gətirir. Vətən müharibəsindəki qələbəni Prezident İlham Əliyevin rəhbərliyi ilə millətimiz qazandı. Bizim inkişafımızın əsas səbəbi sabitliyimizin olmasıdır”.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə vurğulayıb ki, bu gün Qarabağda bərpa-yenidənqurma işləri aparır:

“Bu onu göstərir ki, Azərbaycan kommunikasiyaların açılmasını istəyir. Azərbaycançılıq ideologiyası tarixdir və keçmişimizdir. Biz tariximizi bilirik. “Böyük millət” dialoqsuz ola bilməz”.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova deyib ki, biz növbəti hədəflərimizi və onlara necə çatmalı olduğumuzu bilməliyik.

“Böyük millət, güclü dövlət” anlayışı hədəflərimizə uyğundur: “Bizim milli ideologiyamızın yeni şərtlərini təqdim edən Prezident İlham Əliyevin çıxışlarıdır. Prezident İlham Əliyev qeyd etdi ki, qayıdışımız bizim milli ideologiyamız olmalıdır. Biz nə xoşbəxtik ki, bizim İlham Əliyev kimi liderimiz var”.

Tədbir çıxışlarla davam edib.

 

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər