BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır” 

 Azərbaycan qısamüddət ərzində çox böyük uğurlar əldə edib. Azərbaycanın demokratiya sahəsində uğur qazanmasını elə dekomratik ölkələrdən gələn qonaqlar da qeyd edirlər. Onlar Azərbaycan qadınlarının ölkənin inkişafina çox böyük töhfə veridiyini də məmnunluqla ifadə edirlər. Bu gün Azərbaycan qadınları seçib-seçilmək hüququna malikdirlər. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Bir neçə il öncə Amerikanın “Foreign Policy News” xəbər portalında “Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir” sərlövhəli məqalə yayılmışdır. Məqaldə qeyd olunur ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi hökuməti qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün hər cür şərait yaratmışdır. Həmçinin bildirilir ki, beləliklə, Azərbaycan qadınları Avropanın bir çox inkişaf etmiş ölkələrində və Amerika Birləşmiş Ştatlarında olan həmcinslərindən daha əvvəl seçki hüququ əldə etdilər. Məsələn, ABŞ yalnız 1920-ci ildə - ölkə Konstitusiyasına 19-cu düzəlişi qəbul etməklə qadınlara analoji hüququ verdi.

Azərbaycan qadınları son 30 ildə hər mərhələdə mühüm məsələlər ətrafında səfərbər olublar. Gələcəkdə də bu istiqamətdə fəallıq göstərəcəklərinə əminik. Şübhəsiz ki, qadınlarımız ölkəmizin siyasi, iqtisadi və ekoloji gündəliyində duran vəzifələrin yerinə yetirilməsi üçün öz öhdəliklərinə əsl vətəndaşlıq məsuliyyəti ilə yanaşırlar.

Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində dəal vətəndaşlıq mövqeyini sərgiləyirlər. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Bu gün seçkilərində onların fəal iştirakı yüksək səviyyədə təmin edilib. Partiya sıralarında qadınlar da təmsil olunurlar. Məsələn, hakim Yeni Azərbaycan Partiyasının üzlərinin 40 faizindən çox qadınlardır. YAP təşkilatının qadınlar şurasının üzvləri ictimai-siyasi həyatında aktivdirlər. Göründüyü kimi, Azərbaycan qadınları həyatın bütün sahələrində, o cümlədən ictimai-siyasi proseslərdə, dövlət idarəçiliyində fəal iştirak edirlər. Seçkilərdə fəal, ən ləyaqətli, ziyalı qadınlar namizədliklərini irəli sürürlər. Təsadüfü deyil ki, Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 17,9 faizə çatıb.

Bu gün Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ildə doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 47,9 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.

Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi özünü qadınlara göstərilən diqqət və qayğıda göstərir. Dünyəvi dövlət olaraq Azərbaycanda da 8 mart rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. Yeri gəlmişək, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Təbrikdə deyilir ki, Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur: “Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.

Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər”.

Azərbaycan qadınları beynəlxalq aləmdə də keçirlən tədbirlərə qatılır, öləmizin milli mənafeyini qoruyur, mədəniyyətimiz təbliğ edirlər. Xatırladaq ki, 1995-ci ildə Pekində keçirilən Qadın Problemləri üzrə IV Ümumdünya Konfransında ilk dəfə Azərbaycan qadınlarından ibarət nümayəndə heyəti iştirak etmişdir. Təxminən 30 il əvvəl Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan qadınları Pekin konfransında yüksək səviyyədə təmsil olunublar. Həmin nümayəndə heyətinin tərkibində olan qadınlara xatirə hədiyyələri təqdim olunub. 1995-ci ildə Pekin konfransında qadınlarımızın iştirakı müasir qadın hərəkatına yeni nəfəs gətirdi. Pekin konfransından sonra ölkəmizdə qadınların statusunun yaxşılaşdırılması sahəsində müəyyən edilmiş 12 strateji istiqamət üzrə çox güclü və əsaslı tədbirlər həyata keçirilmişdir. Azərbaycan hökuməti və dövlət başçısı bu məsələlərə xüsusi diqqət yetirir, respublikada gender siyasəti uğurla həyata keçirilir.

 Azərbaycan qadınlarını beynəlxalq aləmdə layiqincə təmsil edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət qadın siyasətinin həyata keçirilməsinə verdiyi dəstək xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq və qadınların hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, tibb, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrdə həyata keçirilən irimiqyaslı layihələr, insanların sosial rifahının yaxşılaşmasına təsir göstərir.

 Respublikamızın ictimai-siyasi həyatında qadınların rolu ildə-ilə daha da artır. Dövlətimizin qadın siyasəti özünəməxsusuluğu ilə seçilir. Ölkəmizin sürətli iqtisadi və siyasi inkişafı qadınların ictimai həyatın bütün sahələrində fəal iştirakına imkan yaradır. Hazırda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Ən çətin və mürəkkəb sahələrdə qadınlar uğur qazanırlar. Bu da Azərbaycan hökumətinin və Prezident İlham Əliyevin apardığı güclü qadın siyasətinin məntiqi nəticəsidir. Hər bir Azərbaycan qadınının demokratik, dünyəvi və müstəqil Azərbaycanın inkişafına bundan sonra töhfə verəcəyinə əminik.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər