BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin dinamik inkişafı açıq və hərtərəfli xarakterə malikdir. Bu münasibətlər qarşılıqlı əməkdaşlığın təzahürü olaraq siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələri əhatə edərək dərin köklərə malikdir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə edilən razılıqlar, imzalanan sənədlər əlaqələrin bütün sahələrində uğuru inkişafa, strateji münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin bu günlərdə Azərbaycan Respublikasına dövlət səfəri münasibətlərin dinamik inkişafının göstəricilərindəndir. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı bidirdiyi kimi, bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Yaxın tarixi dövrə nəzər salsaq görərik ki, ötən ilyarım ərzində dövlət başçımız Qazaxıstana dörd dəfə səfər edib və bu reallıq dinamik qarşılıqlı əməkdaşlığın bariz nümunəsidir. Məlumdur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəldi, iş birliyini rəsmiləşdirən müqavilələr imzalandı. Azərbaycan ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr daim yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatıb. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlərin imzalanması ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Əlbəttə ki, bu sırada Qazaxıstan və Azərbaycan arasında müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyəti vurğulayarkəən bir sıra aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelər nümayiş etdirdiklərini qeyd etməliyik.

Prezident İlham Əliyev mətbuata açıqlamasında ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş coğrafiyada səmərəli əməkdaşlıq üçün böyük önəm daşıdığını vurğulayıb. Dövlətimizin başçısı mövcud əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çəkib. İki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. "SOCAR Midstream Operations" MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından "Prezident Heydər Əliyev" tankerinə ilk yüklənməsi ötən il martın 21-də, "Şuşa" tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib.

Siyasi, iqtisadi-ticari, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli iş həyata keçirilir. Ölkələr arasında ticarət dövriyyəsinə gəldikdə isə burada da müsbət dinamika müşahidə olunur və bu təkcə ötən il 598,47 milyon dollar təşkil edib.

2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. 2022-ci ilin sonlarında Aktauda imzalanan Azərbaycan, Qazaxıstan, Türkiyə ərazilərində Orta Dəhlizin inkişafı üzrə 2022−2027-ci illəri əhatə edən Yol Xəritəsi bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Onu da bildirək ki, səfər çərçivəsində ilk dəfə Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şuranın iclasının keçirilməsi tarixi hadisədir və burada dövlətlərarası iqtisadi-ticari və investisiya əməkdaşlığı, beynəlxalq arenada qarşılıqlı fəaliyyətlə bağlı bütün məsələlərin müzakirəsi baş tutub. Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texnologiya parklarında birgə istehsalın təşkili, Ələt limanında taxıl terminalının inşası, gəmiqayırma sektorunda əməkdaşlığın qurulması və s. əməkdaşlığa bir töhfədir.

Qazaxıstan ənənəvi olaraq Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin diplomatik yollarla nizamlanmasının tərəfdarıdır, habelə tezliklər sülh müqaviləsi bağlanmasına dair səyləri alqışlayır.

Qazaxıstan dost ölkə olaraq Qarabağın bərpasına da töhfələrini verir. Xatırladaq ki, 2022-ci ilin avqust ayında Qazaxıstan Prezidentinin Bakıya səfəri zamanı hədiyyə olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini bildirmişdir. Artıq Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib və Mərkəzin açılış mərasimi keçirildi. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Bu müəssisə ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoludur. Yaxın gələcəkdə Qazaxıstan şirkətlərinin iştirakı ilə bir sıra layihələr də həyata keçiriləcək. Bununla yanaşı, Qazaxıstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlı olan dövlətdir.

Bu səfər də dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri nöqteyi-nəzərindən çox əhəmiyyət kəsb edir. Səfər çərçivəsində müvafiq sənədlərin, sazişlərin imzalanması əlaqələrin möhkəmlənməsinə söykənir. Görülən işlər deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan əlaqələri qardaş dövlətlərin maraqları çərçivəsində inkişaf edərək əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaqdır.

 

Təranə Paşayeva, Psixologiya üzrə fəlsəfə doktoru

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Bütün xəbərlər