BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” (South Caucasus In The Context Of Modern Global Challenges) beynəlxalq konfransı keçirilib. Konfransın məqsədi Cənubi Qafqazdakı ictimai, siyasi, hərbi, ekoloji, logistika ilə bağlı baxışların regional və beynəlxalq prizmadan araşdırılması, bu istiqamətlərdə aparılan tədqiqatların nəticələrinin təqdim edilməsi üçün platforma olmaqdır.
Hibrid formada təşkil olunan konfransın açılış mərasimi Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun salamlama nitqi ilə başlayıb. Prorektor qeyd edib ki, dünyada və onun tərkib hissəsi kimi Qafqazda gedən proseslər, davam edən və bitmiş münaqişələr, yeni geopolitik situasiyalar bölgəni dünya güclərinin maraq dairələrinin kəsişmə nöqtəsinə çevirib. Konfrans bu baxımdan böyük əhəmiyyət kəsb edir. Yusif Qasımov çıxışında konfransın plenar məruzəsi  haqqında məlumat verib, tədbirin yerli və beynəlxalq bütün iştirakçılarına təşəkkür edib.
Açılış mərasimində daha sonra Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru, professor Nadim Macit, Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Vasil Gonaşvili və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışinskinin çıxışları dinlənilib.
Professor Nadim Macit Azərbaycan və Türkiyə arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi və dünyaya nümunə olduğu bir dövrdə Azərbaycanda olmaqdan böyük məmnuniyyət duyduğunu dilə gətirib. Keyfiyyətcə yeni müstəviyə keçən münasibətlərin Cənubi Qafqaz regionunun sabitlik, dialoq, əməkdaşlıq və sülh məkanına çevrilməsində, həmçinin digər Türk dövlətləri arasındakı əlaqələrə də sirayət edərək Türk dünyasının sıx birləşməsində böyük rol oynayacağını vurğulayıb.  
Professor Vasil Gonaşvili çıxışında Gürcüstan-Azərbaycan əlaqələrinin tarixi köklərə söykəndiyini qeyd edib, hər iki ölkənin münasibətlərin müsbət məcrada inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. 
Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışinski iştirakçılara konfransın gündəliyi və qəbul edilən tezislər haqqında məlumat verib, tədbirin işinə uğurlar arzulayıb.
Beynəlxalq konfransın plenar iclasında Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru Joni Kvitsiani məruzə ilə çıxış edib. Məruzə “Qara dəniz – Xəzər regionunda müasir təhlükələrə qarşı mübarizədə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq” mövzusuna həsr olunub. 
Açılış mərasimi və plenar iclasın ardından konfransın işi "Cənubi Qafqazın tarixi və siyasi reallıqlar" (moderator siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski), "Cənubi Qafqaz: iqtisadiyyat və inteqrasiya prosesləri" (moderator Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva) və " Cənubi Qafqazda böyük güclərin maraqları" (moderator siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov) adlanan üç bölmə iclasında davam edib. Bölmə iclaslarında konfransa 5 ölkədən qəbul edilən 100-dən artıq tezis ənənəvi və onlayn formada təqdim edilib. İclaslarda Cənubi Qafqazda yeni siyasi reallıqlar, Böyük güclərin Cənubi Qafqaz siyasəti və perspektivlər, Cənubi Qafqazda iqtisadi inteqrasiya imkanları, münaqişələrin ekosistemə vurduğu təsir və həlli yolları, Cənubi Qafqaz beynəlxalq dəhlizlərin tərkib hissəsi və bu kimi mövzularda tezislər dinlənilib, müzakirələr aparılıb.
Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” beynəlxalq elmi konfrans keçirilib

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Bütün xəbərlər