
Sizi nə narahat edir?!
Bir neçə gün öncə dünyanı bir xəbər sarsıtdı, belə ki, mayın 19-da axşam saatlarında İranda helikopter qəzasında İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşaiyət edən şəxslərin həlak olması xəbəri ən çox müzakirə olunan xəbər oldu.
Əlbəttə ki, bu, ilk növbədə faciədir, həm də təkcə İrandaxili deyil, regional, hətta beynəlxalq miqyaslı faciədir. Hər kəs belə bir faciədən ən azı təəssüf hissi keçirir, faciədən həyatlarını itirənlərin yaxınlarına, doğmalarına başsağlığı diləyirlər. Amma təəssüf ki, faciələrdən də bu, və ya digər məqsədlər naminə, öz şəxsi, korporativ və ya siyasi maraqları xeyrinə istifadə etməyə çalışanlar, utanmadan bu hadisəni yeni bir “xayp” yaratmaq üçün əl-ayağa düşüblər.
Belə ki, artıq neçə gündür ki, “hər nə varsa”, xırda bir şansdan belə, istifadə edərək gündəmdə olmağa çalışan, saxta “politoloqlar”, donqulu “analitiklər”, “araşdırmaçılar”, “jurnalistlər” bu məsələni öz təfəkkürlərinin imkanı daxilində təhlil etməyə, sensayia yaratmağa çalışırlar. Hər məsələdən, hətta məişət məsələlərindən tutmuş, böyük qlobal siyasi proseslərədək bütün proseslərdə mütləq konsperaloji səbəb axtaran bu düşüncə sahibləri üçün əsl bahənədir. Bu hadisənin ağına-bozuna baxmadan hallandıran, az qala bütün dünyanın siaysi maraqlarının doqquşduğu bir hadisə səviyyəsinə gətirən, heç bir elementar məntiqə söykənməyən “təhlilləri” nəyə hesablanıb və kimə ünvanlanıb? Əlbəttə ki, Rusiya, İran, Ermənistanda, Avropanın bəzi ölklərində arada-sırada səslənən bu cür mövqeləri haradasa başa düşmək olar, ən azı önların dövlət maraqlarına, hakim dairələrin apardığı siyasi maraqlarla, konyuktura maraqlarına uyğun gələn məqamlarla üst-üstə düşə bilər, lakin söhbət Azərbaycanın vətəndaşlılq pasportu gəzdirən şəxslərdən gedəndə, istər-istəməz ciddi suallar yaranır.
Sizi nə narahat edir?! Siz niyə əl-ayağa düşmüsünüz? Ən qəribəsi də odur ki, özünü Qərbyönümlü, Rusiyanın, İranın düşməni kimi qələmə verən bu cür saxta “analitiklərin” mövqeləri Rusiya TV-ləri zəbt etmiş xəstədüşüncəli, hər fürsətdə Azərbaycanın adını mənfi çalarla ləkələməyə çalışanların, məlum mənbələrdən maliyyələşərək məlum maraqlara xidmət edən, haysevdalılarının, şovinstlərin mövqeləri ilə üst-üstə düşür. Əcəba, bunun səbəbi nədir? Yoxsa müəyyən maraqlar keçmiş “düşmənləri” birləşdirmir ki?
Siyasi şəhrçi
Əhməd N. Abbasbəyli

