BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Mayın 27-də “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə İtaliyanın tanınmış Peruca Universitetində “Azərbaycan-İtaliya: yeni enerji siyasəti və ikitərəfli əlaqələr” mövzusunda konfrans keçirilib. “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov tədbirin əhəmiyyəti, inkişaf edən Azərbaycan-İtaliya münasibətləri barədə danışıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın beynəlxalq sistemdə mövqeyi, xarici siyasət prioritetləri və bölgədəki vəziyyətlə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.
Peruca Universitetinin tədqiqatçı-alimləri - Francesco Randazzo, Emilio Cassese, Valentina Chabert və digərləri COP29 ölkəsi olan Azərbaycanın dünyada artan nüfuzunu, Bakı və Roma arasında əlaqələrin müsbət inkişaf dinamikasını qeyd ediblər, mövzu barədə fikirlərini bölüşüblər.
BMTM-nin şöbə müdiri Cavid Vəliyev, qurumun baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycanın Avrasiyada Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunun siyasi və iqtisadi aspektlərini izah ediblər.
Konfransda yaşıl enerji ixracatçısı kimi regional mövqeyini getdikcə gücləndirən Azərbaycanın yeni enerji strategiyasının mahiyyəti barədə suallar cavablandırılıb.
Peruca Universiteti 1308-ci ildən fəaliyyət göstərir. Universitetdə 25 min nəfər tələbə təhsil alır, bu qədim təhsil ocağı 1100 nəfər professor və tədqiqatçı heyətinə malikdir.
Layihə çərçivəsində qarşıdakı günlərdə də İtaliyada müxtəlif tədbirlər təşkil ediləcək.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.


Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər