BAKU Azərbaycan
1.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Dəyirmi masanın davamlı şəkildə həyata keçirilməsində məqsəd ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara münasibətin dəyişdirilməsi üçün dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsidir. Eyni zamanda, bu istiqamətdə tədbirləri özündə əks etdirən yerli fəaliyyət planlarının hazırlanması, habelə, ictimai yerlərdə əlilliyi olan qadınlara və qızlara qarşı münasibətin dəyişdirilməsinə və onların qarşısının alınmasına köməklik göstərməkdir”.

Bu sözləri “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova, Gəncə şəhərində Kabadokiya Mərkəzində BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun maliyyələşdirdiyi dördüncü dəyirmi masada bildirib. Qeyd edib ki, cəmiyyətin təşkilatçılığı ilə keçirilən layihə, “Bakı, Gəncə və Quba-Xaçmaz regionunda sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərinə çıxışının təkmilləşdirilməsi” mövzusunu əhatə edir.

Gəncədə dəyirmi masa keçirilib
Dəyirmi masa

“Dəyirmi masa dövlətin, vətəndaş cəmiyyətinin və özəl təşkilatların, biznes qurumlarının  nümayəndələrinin iştirakı ilə təşkil olundu. Həssas qrupdan olan qadın və qızlara qarşı zorakılıq, onların dövlət xidmətindən yararlanmaları üçün hüququi maarifləndirilməyə ciddi ehtiyac olması ilə bağlı maraqlı müzakirələr aparıldı. Mən cəmiyyətin sədri olaraq  layihənin fəaliyyəti, görülən işlərin nəticələri və birinci dəyirmi masadan sonra həllini tapmış məsələlərlə bağlı iştirakçılara geniş məlumat verdim. Tədbirə qatılanlar ictimai yerlərdə əlilliyi olan qadın və qızlara qarşı ayrı-seçkilik halları və onların həlli yollarından söz açıblar”, – deyə, M.Rəhimova əlavə edib.

Dəyirmi masada, həmçinin, dövlət qurumları arasından yaradılan Koordinasiya Şurasının fəaliyyətinin müsbət nəticələri, davamlılığı, birgə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər dinlənilib. Üzvlərin vəzifələri bir daha müzakirə olunub. Layihənin əsas benefisiarları olan sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərindən istifadəsinin asanlaşdırılması üçün Koordinasiya Şurasının məqsədinin müəyyən edilməsi, əlaqələndirilməsi və birgə fəaliyyətlərinin həyata keçirilməsi barədə dəyirmi masa iştirakçılarına ətraflı məlumat verilib.

Dəyirmi masada Koordinasiya şurasının üzvləri iştirak edib
Koordinasiya şurasının üzvləri

“Qeyd edək ki, əlil qadınlar və qızlar öz hüquqlarından az xəbərdardırlar. Bu səbəbdən də üzləşdikləri problemləri həll edə bilmirlər. Layihəmizin əsasını onların həyatlarında inkişaf etdirmələri üçün dəstək sistemi təşkil edir. “Bakı, Gəncə və Quba-Xaçmaz regionunda sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərinə çıxışının yaxşılaşdırılması” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan əlil qadın və qızlar, o cümlədən, məcburi köçkün ailələri üçün dövlət xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqdır. Layihə çərçivəsində müəyyən mərhələlərdə sağlamlıq imkanları məhdud qadın və qızların üzləşdiyi problemlərin ictimailəşdirilməsi təşkil olunur. Bu kateqoriyadan olan insanların cəmiyyətdə qarşılaşdıqları problemlərin öyrənilməsi və təhlili, onların həlli yollarının tapılması, həlli, qarşılaşdıqları subyektiv səbəblərin aradan qaldırılması məqsədilə tədris xəttinin ardıcıl şəkildə aparılması təmin edilir. Layihənin əsas istiqamətlərindən biri də sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif növ əlilliyi olan və ünsiyyətdə çətinlik çəkən qadın və qızlarla peşəkar etik ünsiyyət, o cümlədən kommunikativ bacarıqların öyrədilməsidir. Onlara xidmət etmək üçün bilik və bacarıqların artırılmasına üstünlük verilir”, – QHT sədri vurğulayıb.

Qeyd edək ki, layihə Bakı, Gəncə şəhərlərini və Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edir və 2022-ci ilin sentyabr – 2025-ci ilinavqustayları (36 ay) ərzində həyata keçiriləcək.

 

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər