BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birlikdə “Azərbaycanın zəngin mədəniyyəti var” adlı kitabını hazırladı.

“Azərbaycanın zəngin mədəniyyəti var” (Ulu Öndər Heydər Əliyevin aforizm və kəlamları) kitabı Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsinin 55 illik yubileyinə ithaf edilib. 

Ön sözdə qeyd olunur ki, Azərbaycan xalqının mənəvi, mədəni simasının formalaşmasına, onun dünyanın inkişaf etmiş millətləri kateqoriyasına tamhüquqlu dövlət kimi daxil olmasına Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan tarixinin ən böyük şəxsiyyəti olan Heydər Əliyev əvəzsiz töhfələr vermişdir. Misilsiz siyasi-dövlət zəkası ilə yanaşı,  həm də şair ruhuna və incəsənət aləmində gözəllikləri duyan ən incə yaradıcı təfəkkürə malik olan Heydər Əliyev, ədəbi, musiqili, təsviri sözün heyrətamiz, valehedici bir dünyasını yaratmışdı.

Daha sonra vurğulanır ki, bu gün Heydər Əliyevin mədəniyyət siyasəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,  intellektual elitanın parlaq nümayəndəsi Mehriban xanım Əliyeva mədəniyyətin müxtəlif sahələri arasında, Şərqlə Qərb arasında yeni perspektivli əlaqələr yaradır, qloballaşma şəraitində milli ənənələrin qorunub saxlanılmasına nail olur.

Kitab 18 bölmədən ibarətdir. Kitabda Ulu Öndərin 1969-2003-cü illərdə söylədiyi fikir, sitat və aforizmə çevrilmiş kəlamları toplanmışdır.

Kitabda Ulu Öndərin mədəniyyət və incəsənət, yaradıcı ziyalılar və mədəniyyət xadimləri, teatr, kino, musiqi, təsviri incəsənət və rəssamlıq, muzey, tarixi-memarlıq abidələri, kitab nəşri və kitabxana, milli adət-ənənələr, ədəbi-mədəni irs haqqında fikirləri və aforizmləri toplanmışdır. Kitabda Ulu Öndərin sənət adamları, ədəbiyyat, yazıçı və şairlər, milli bayramlar, Azərbaycan dili, vətənpərvərlik, Azərbaycan xalqı, Vətən, qəhrəmanlar, şəhidlər, tarix və tarixi şəxsiyyətlər, Azərbaycan qadınları haqqında qiymətli sözləri də yer almışdır. 

Kitabın tərtibçisi, redaktoru və ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır.  Kitabda M.V.Lomonosov adına Şimal Arktik Federal Universitetinin (Rusiya Federasiyasının Arxangelsk şəhəri) professoru Mixail Opyonkovun və tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovanın Ulu Öndərə həsr olunmuş “Böyük qurucu”  məqaləsi Azərbaycan və rus dilində verilmişdir.

Kitabın məsləhətçiləri yazıçı, publisist Nüşabə Məmmədli, tarix elmləri doktoru, professor Fuad Məmmədov və sənətşünaslıq elmləri doktoru, professor Alla Bayramovadır. Rəyçilər professor Solmaz Amanova, “Azərbaycan dünyası” Beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılovdur.

Kitabda Ulu Öndərin mədəniyyət və incəsənət xadimləri, sənət adamları ilə, yazıçı, şair, bəstəkar və muğənnilərin yubileylərindəki, yaradıcı ittifaqların forumlarındakı, ev muzeylərinin aşılışında və s. foto şəkilləri yer almışdır.

Kitab Azərbaycan mədəniyyətini, ədəbiyyatının, milli-mədəni irsini öyrənən tədqiqatçılar, kulturoloqlar, mədəniyyət və incəsənət xadimləri, mədəniyyət işçiləri, müəllim, tələbə və məktəblilər üçün, habelə geniş oxucu kütləsi üçün dəyərli mənbədir.

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər