BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Artıq Prezident İlham Əliyevin 28 iyun sərəncamı ilə Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılmış və növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir. Mövcud qanunvericiliyə görə seçkilərlə bağlı hazırlıq işlərinə rəsmən strat verilmişdir. İnanırıq ki, 1 sentyabrda bütün dünya Azərbaycanda keçiriləcək demokratik seçkilərin şahidi olacaq”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.

Asif Əsgərli deyib ki, parlament seçkilərinin keçirilməsi müddətinin önə çəkilməsi mövcud reallığın tələbidir: “Çünki, bildiyimiz kimi, bu ilin noyabr ayında  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizdə keçiriləcək. Konstitusiyaya görə növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir. Lakin eyni ayda iki belə mötəbər işin mükəmməl şəkildə reallaşdırılması mümkün deyildir. Bütün bunlar çox böyük məsuliyyət tələb edir.  Buna görə də, Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin buraxılması təşəbbüsü irəli sürlmüşdür. Çox müsbət haldır ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüs millət vəkilləri tərəfindən dəstəklənmişdir”.

Politoloq bildirib ki, YAP hər zamanki kimi, qarşıdan gələn parlament seçkilərinə də ciddi hazırlaşır: “Seçkilərə hazırlıq seçki kampaniyası dövründə daha intensiv xarakter alacaq: “YAP geniş şəbəkəyə malik olan partiyadır. YAP malik olduğu təşkilati və insani resurslarını seçki kampaniyasına səfərbər edəcək. Bu mənada YAP rəhbərliyi qarşıdan gələn seçki kampaniyası ilə əlaqədar proqramını bəyan edəcək. Növbədənkənar parlament seçkilərində Azərbaycan xalqı hakimiyyətə sarsılmaz etimadını növbəti dəfə nümayiş etdirəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların ölkəmizdə çox böyük uğurlara gətirib çıxarması faktdır. Azərbaycan iqtisadiyyatının inkişaf etməsindən tutmuş əhalinin rifahının yaxşılaşdırılması, Azərbaycanın simasının müasirləşdirilməsi və yeniləşdirilməsi də daxil olmaqla çox böyük irəliləyişlər əldə edilib. Ən önəmli məsələ isə ərazi bütövlüyümüz bərpa edilib. Bu parlament seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçirilməsi ilə yadda qalacaq. Əminik ki, 1 sentyabr seçkilərində də Azərbaycan vətəndaşları iqtidar partiyası olan YAP-ın irəli sürəcəyi namizədlərə dəstəyi açıq şəkildə ifadə edəcəklər”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər