BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə iştirakı ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətləri və qarşılıqlı əlaqələrin inkişafı baxımından olduqca önəmlidir. Qeyd edək ki, Azərbaycan ŞƏT-in Zirvə toplantısına ikinci dəfədir dəvət olunur. Bu fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd etmək lazımdır ki, cənab Prezident Zirvə toplantısı çərçivəsində Rusiya, Qazaxıstan, Türkiyə prezidentləri, Çin sədri və Pakistanın Baş naziri ilə səmərəli və olduqca məhsuldar görüşlər keçirib. Xüsusilə qeyd etmək lazımdır ki, Astana Zirvə görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması  iki ölkə arasında münasibətlərin daha da inkişafı, eləcə də, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar qeyd olunan ölkələrin Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını, həmçinin, ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarının əyani təzahürüdür.
Bu fikirləri saytımıza açıqlamasında VI çağırış Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O bildirib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Həmçinin, Azərbaycan bu təşkilata bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verən bir mexanizm kimi baxır. Rəsmi Bakı ŞƏT-ə ümumi əməkdaşlıq platforması kimi baxmaqla yanaşı, üzv dövlətlərlə uğurlu ikitərəfli münasibətləri inkişaf etdirməyi xarici siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. Əlbəttə, Azərbaycan və ŞƏT arasında bu münasibətlər qarşılıqlıdır. Şanxay Əməkdaşlıq Təşkilatı da ölkəmizi özünün fəal tərəfdaşlarından biri kimi qəbul edir. Eyni zamanda, təşkilat  Azərbaycanla əməkdaşlığın hər tərəfli inkişafının vacibliyini vurğulayıb.
Bütün bunları nəzərə alaraq, qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində beynəlxalq münasibətlər sistemində çətin və mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkəmizin öz mövqeyini gücləndirməsi, həmçinin, geopolitik mərkəzə çevrilməsi Azərbaycanın qlobal siyasi güc olaraq nüfuzunu hər gün daha çox artırır. Bütün bu məqamlar ŞƏT başda olmaqla dünyanın bir çox aparıcı beynəlxalq təşkilatları  ilə Azərbaycan arasında əməkdaşlıqda müsbət sinerji yaradır.

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər