BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Azərbaycanın mədəni irsinin qorunması, öyrənilməsi və təbliğ edilməsi” layihəsi ilə iştirak edib və müsabiqə qaliblərindən olub. Bu haqda Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin sədri Laləndar Novruzova saytımıza məlumat verib.           

Laləndar Novruzova deyib ki, həyata keçirdikləri layihənin əsas məqsədi Azərbaycanın milli mədəniyyət nümunələrindən olan milli geyimlərimizi dünyada tanıtmaqdır: “Bundan başqa türk xalqlarının hamısının eyni soydan gəldiyini bir daha beynəlxalq ictimaiyyətə təqdim etməklə təşviq etməkdir. Bundan başqa  müasir Azərbaycan dövlətinin milli, mədəni, elimi, ədəbi dəyərlərimizi yaşatmaq sahəsində apardığı siyasəti, təşviq etməklə dünyada, beynəlxalq səviyyədə tanıtmaqdır.

Azərbaycanın düşmənləri tərəfindən uzun illər ərzində mənimsənilməyə, özününküləşdirməyə çalışıldığı milli mədəni elimi, ədəbi dəyərlərimizi, beynəlxalq səviyyədə tanıtmaqla qorumaq, düşmənin bizim haqqımızda uydurduğu cəfəngiyatla mübarizə apararaq, onu birdəfəlik məhv etmək və öz halal milli dətərlərimizə sahib şıxmaq qarşımızda duran ümdə əsas vəzifəmizdir. Bu milli dəyərlərə illər uzunudur ki, təbliğ etdiyimiz milli geyimlərimiz də daxildir. Elə bu səbəbdən də təşkilatımızın əsas fəaliyyətlərindən biri olan Milli Geyimlərimizin beynəlxalq səviyyədə tanıdılması layihənin qarşıya qoyduğu əsas məqsədidir. Bunun üçün ilk növbədə müxtəlif millətlərdən ibarət Türkiyə ictimaiyyəti seçilmişdir. Layihə işində Azərbaycan milli mədəniyyət nümunələri ilə, Türkiyə mədəniyyət nümunələrindən olan milli geyimləri təqdim olunan  birgə sərgi  təşkil etməklə, bu iki qardaş ölkənin eyni soydan olmasını bir daha hər kəsə nümayiş etdirilməsidir.

Həyata keçirdiyimiz layihə çərçivəsində İstanbul şəhərində təşkil olunacaq sərgidə Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri milli geyimlərlə, mədəniyyət nümunələri ilə yanaşı həm də rəsm sənəti nümunələri də təqdim olunacaq. Bu sərgidə hər iki ölkənin milli mədəniyyət nümunələri, adət-ənənələri ilə yanaşı mənzərələri də rəssamların gözü ilə şərh olunaraq, təqdim olunacaq. Bunda məqsədimiz şəkillər vasitəsilə də bu iki ölkənin dərin tarixi bağlarını və mədəni oxşarlıqlarını ziyarətçilərə çatdırmaqla, ortaq irsə bağlılığımızın nə qədər  güclü olduğunu göstərməkdir.

 Müasir cəmiyyətdə bu sənət növlərinin təşviq və təbliğ edilməsi insanların Azərbaycanın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə marağını artıracaq, xalqın qədim mili-mənəvi dəyərləri müasirliklə bağlanaraq inkişaf etdirilərək yaşadılacaqdır”.

Xatırladaq ki, Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyi 16 iyul 2016 – cı ildə yaradılmış və 21 oktyabr 2016 – cı ildə dövlət qeydiyyatından keçmişdir. Təşkilatımızın əsas məqsədi, milli mədəniyyətimizin və milli dəyərlərimizin təbliğinə kömək etməklə, yaşatmaqdan ibarətdir.

 

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər