BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi “Cəfər Cabbarlı – ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsi çərçivəsində görkəmli dramaturq Cəfər Cabbarlının doğulduğu Xızı şəhərinə səyahət təşkil edilmiş, həmçinin tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, Xızı ictimaiyyətinin də iştirakı ilə Xızıda hər il keçirilən ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilmişdir.

Bakıdan gedən tədbir iştirakçıları Cəfər Cabbarlının Xızıdakı abidəsini ziyarət edib, abidənin önünə çiçək dəstələri qoyduqdan sonra dahi dramaturqun ev muzeyinə yollanıblar.

Orada layihə rəhbəri, “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri əməkdar mədəniyyət işçisi Qəmər Bağırova tədbir iştirakçılarını salamlayaraq, layihə haqqında qısa məlumat vermişdir.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, prof. Asif Rüstəmli, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent. Firudin Qurbansoy, Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının “Teatr” şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Hicran Sadıqzadə, Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova, “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının baş redaktoru və təsisçisi Eldar İsmayılov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Mövsüm Bağırov, AzTV-nin əməkdaşı, əməkdar artist Gülşən Əkbərova, Yasamal rayon MKS Q.Musabəyov adına 3 nömrəli Kitabxananın müdiri Arzu Xudayarova,  C.Cabbarlının Xızıdakı ev muzeyinin direktoru Həcər Rəsulova və başqaları çıxış ediblər.

Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış incəsənət xadimləri Cəfər Cabbarlının yaradıcılığına həsr olunmuş maraqlı proqram təqdim ediblər. Belə ki, Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist H.Mürvətova C.Cabbarlı poeziyasından nümunələr ifa edib. AzTv-n in solisti, respublikanın əməkdar artisti Rəşad İlyasov ədibin sözlərinə yazılmış mahnıları səsləndirib. Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının müəllimi Nurlan Rzayev və Gimnaziyanın 8-ci sinif şagirdi Rəhimə Mənsimzadə tədbir iştirakçılarına C.Cabbarlının “Aydın” əsərindən bir parçanı təqdim ediblər.

Tədbir iştirakçılarından Yasamal rayon MKS Q.Musabəyov adına 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova, Milli Konservatoriya nəzdində İncəsənət Gimnaziyasının müəllimi Nurlan Rzayev və həmin Gimnaziyanın şagirdi Rəhimə Mənsimzadə Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq Cəfər Cabbarlının ədəbi irsinin təbliğindəki fəal iştiraklarına görə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi tərəfindən Fəxri Fərmanlarla mükafatlandırılıblar.

Sonra tədbir çay süfrəsi arxasında davam edib.

  

 

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər