BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan xalqı ötən yüzillikdə dəfələrlə milli zəmində  soyqırıma və etnik təmizləmə siyasətinə məruz qalıb. Bunun nəticəsidir ki, Azərbaycan xalqı tarixi dədə-baba yurdlarından köçürülüb, zorla didərgin salınıb. XX əsrin əvvəllərində baş verən siyasi proseslər isə Azərbaycanın qərb torpaqlarında Ermənistan dövlətinin yaradılması ilə nəticələnib. Tarixə nəzər salsaq görərik ki,  ermənilər XX yüzillik ərzində bir neçə dəfə fərqli bəhanələrlə qərbi azərbaycanlıları öz doğma yurdlarından didərgin salıblar. 
Azərbaycan xalqının mədəniyyət beşiyi olan Qarabağın erməni işğalçılarından azad edilməsi, qərbi azərbaycanlıların öz ata-baba yurduna qaytarılması Heydər Əliyevin ümumi fəaliyyətinin əsas istiqamətini təşkil edirdi. Bununla bağlı Ulu öndər Heydər Əliyev çıxışlarının birində qeyd edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm”. Ata nəsihətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun şücaəti hesabına 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Artıq Azərbaycan xalqı öz əzəli-əbədi torpaqlarına sahibdir. 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən 30 il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Qarabağın azad edilməsi ilə Azərbaycanın xarici və daxili siyasətində yeni prioritetlər meydana çıxdı. Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru azad etməklə, artıq soydaşlarımızın bütün tarixi ata-baba torpaqlarına qayıdışını təmin etmək üçün yol açdı. Bu ədalətli siyasətin gerçəkləşməsində dövlətimizlə yanaşı, ictimai təşkilatların da üzərinə böyük öhdəliklər düşür. Qərbi Azərbaycan İcmasının yaranma zərurəti elə bu baxımdan mühüm aktuallıq kəsb edir.
Həqiqət budur ki, Qərbi Azərbaycan İcmasının varlığı Qərbi Azərbaycandan olan soydaşlarımızın, onların yaxınlarının, uşaqlarının, nəvələrinin tarixi diyarımız olan Qərbi Azərbaycanı unutmamasını şərtləndirir. Çünki gün gələcək biz o torpaqlara qayıdacağıq. Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində tarixi ədalət bərqərar olur. 2022-ci ilin dekabr aynın 24-də Qərbi Azərbaycan İcması ilə görüşdə də Prezidentimiz bir sıra hədəfləri açıqlamışdır. Bildirilib ki, ötən əsrdə baş verənlər, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcmasının bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacağına isə inam böyükdür. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə reallaşdırma yolunu bizə göstərəcəklər. Cənab Prezidentimizin də bildirdiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir.
Qərbi Azərbaycan İcması az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, qəbul etdiyi sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər içərisində İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin edilməsi barədə qəbul edilmiş konsepsiya – Qayıdış Konsepsiyası mühüm yer tutur. Belə ki, bu konsepsiyanın birinci bəndində (girişdə) rəsmi olaraq Qərbi Azərbaycan İcmasının əsas məqsədinin Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının bərpası ilə məşğul olduğu önə çəkilməklə bərabər, eyni zamanda indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlıların doğma yurdlarına qayıtmaları üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri müəyyən edilir. Burada haqlı olaraq o da bildirilir ki, Qayıdış Konsepsiyası beynəlxalq hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Hazırda Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə uğurlu dialoq xətti soydaşlarımızın düşmən tərəfindən tapdalanan hüquqlarının bərpasında da müstəsna əhəmiyyət kəsb edir. İcmanın dünyanın bir sıra nüfuzlu təşkilatlarına müraciətlər göndərərək həmin qurumları Qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması,  bununla bağlı monitorinqlərin aparılmasına çağırması bu istiqamətdə atılan uğurlu addımlardandır. 
Qeyd edək ki, qarşıya qoyulmuş bu vəzifələr istiqamətində bu günədək xeyli işlər görülərək Qərbi Azərbaycanla bağlı həqiqətlər dünya ictimaiyyətinə çatıdılmışdır. 
Əfsuslar olsun ki, Ermənistan və erməni revanşist qüvvələr zaman zaman heç bir həqiqəti özündə əks etdirməyən, absurd fikirlərlə “bəyanatlar” verməyə davam edirlər. Bundan əlavə onlar bu istiqamətdə beyənəlxaq aləmədə müraciət etməkdən çəkinmir və öz “yalan”ları ilə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları aldatmağa belə cəhd edirlər. Cari ilin sentyabrın 2-də  Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalar verməklə Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış” kimi heç bir həqiqəti özündə əks etdirməyən fikirlər irəli sürmüşdür. Bununla bağlı olaraq da, sentyabrın 3-də Qərbi Azərbaycan İcması haqlı olaraq “Ermənistanda revanşist qüvvələrin Qərbi azərbaycanlıların qayıdış hüququnu danması ilə əlaqədar” bəyanat verdi. Bəyanatda erməni revanşist qüvvələrin irəli sürdükləri açıq təxribat xarakterli açıqlamalar pislənilir. Bəyanatda qeyd olunmuşdur ki: “Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış etmişdir. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış”komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq”.
Göründüyü kimi, Ermənistan və onun revanşist qüvvələri irəli sürdükləri həqiqəti özündə əks etdirməyən çağırışları Qərbi Azərbaycan həqiqətlərini heç zaman kölgədə qoya bilməyəcək. Çünki Azərbaycan haqlı tərəf olmaqla, öz haqq səsini daim dünyanın bir çox nüfuzlu platformalarında ucaltmışdır. Son olaraq qeyd edək ki, revanşist qüvvələr əgər təxribat xarakterli əməllərindən əl çəkməsələr onlar  “Dəmir Yumruq”la qarşılaşacaqlar. Bu isə onların tamamilə məhv olması ilə nəticələnəcəkdir.
Azərbaycan Respublikasının Azərbaycan vətəndaşı olaraq qalmaq üzrə təkidlərinə baxmayaraq etnik erməni qrupun Azərbaycandan getməsi tam könüllü olmuş və BMT Missiyası da bunu təsdiqləyib. Azərbaycan Respublikasının prezidentinin də qeyd etdiyi vətəndaşlıq şərtləri dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslanır, hər hansı bir "qrup" tələbi deyil. Azərbaycan dövlətinin konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusudur!

 

Zahid Cəfərov 
 Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə rayon icmasının sədri, h.e.d, professor

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər