BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev VII çağırış Milli Məclisdəki məzmunlu çıxışında çox vacib məqamlara toxundu. Ölkəmizin strateji hədəfləri, prioritet istiqamətlər barədə ətraflı nitq söyləyən dövlətimizin başçısı həm də yeni formalaşmış Milli Məclis üçün qarşıdakı müddəti əhatə edəcək yol xəritəsi cızdı. Proqram şəklində olan çıxışı bir neçə istiqamətdə qruplaşdırmaq olar: ölkədə ərazi bütövlüyü və suverenliyin bərpası kimi vacib tarixi hadisə, iqtisadi, sosial mədəni inkişaf istiqamətində əldə olunan nailiyyətlər, qazanılmış bütün qələbə və nailiyyətlərin qorunması üçün hərbi sahənin, ideoloji işin və artan inkişaf istiqamətində xarici və daxili siyasətin gücləndirilməsi yönündə qarşıda duran vəzifələr.

Suverenliyini bərpa etmiş Azərbaycanın yeni parlamentinin hədəfləri, fəaliyyət istiqamətləri əvvəlkindən fərqli olacaq. İkinci Qarabağ müharibəsi, ərazi bütövlüyü və suverenliyimizin bərpası dünya miqyasında tarixi hadisə olmaqla yanaşı, deputatların da üzərinə yeni məsuliyyət qoyur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib.

O bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Qarşımızda yeni imkanlar açılıb. Qalib ölkə kimi yeni inkişaf yoluna qədəm qoyuruq. Buna sevinən dostlarımızla yanaşı, uğurlarımızı qəbullanmayan düşmənlərimiz də var.

“Müharibədən sonra bəzi xarici dairələr tərəfindən ölkəmizə qarşı aparılan qərəzli kampaniyalar bu gün də davam etdirilir. Biz bu siyasətin hansı mənbələrdən qaynaqlandığını və hansı məqsədə xidmət etdiyini yaxşı bilirik. Prezident İlham Əliyev çıxışında hərbi sənayenin inkişafı vacibliyindən xüsusi olaraq danışdı. Dövlətimizin hərbi gücünün artırılması, regionda söz sahibi olması bəzi dairələri narahat edir. Uğurlarımızı qəbul etməyən həmin qüvvələr bu gün Ermənistandan siyasi alət kimi istifadə etməklə Cənubi Qafqazda qarışıqlıq yaratmaq istəyirlər. Dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması, eyni zamanda, Ermənistanda revanşizm meyillərinin güclənməsi Azərbaycanın hərbi sahədə gücünün artırılması vacibliyini diktə edir.

İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində Azərbaycanın öz hərbi gücünü artırması, yeni hazırlıqlı silahlı birləşmələrin yaradılması, xüsusi təyinatlı qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması zamanın tələbi idi. Fransa və digər Qərb ölkələrinin Ermənistana artan hərbi yardımı Azərbaycanı da məcbur edir ki, öz hərbi gücünü yeni situasiyaya uyğunlaşdırsın”, - deyə Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti deputatlar qarşısında çıxışında ideoloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə də toxundu ki, bu, olduqca vacib bir amil kimi xarakterizə olunur. Azərbaycana qarşı ideoloji təxribatların davam etdiyi məlumdur. Xalqımızın güclü iradəsi, milli ruhumuz, iqtidar-xalq birliyi imkan verir ki, biz bu hücumların, təhdidlərin qarşısını yüksək səviyyədə alaq. Milli ruhda formalaşmış gənclərimiz Azərbaycanın gələcək inkişafının əsas təminatçısı kimi milli mübarizədə avanqard rolunu oynamaqdadırlar.

“Zəfərdən sonra dövlət səviyyəsində həyata keçirilən işlərin nəticəsidir ki, 8 mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib. İşğaldan azad edilmiş ərazilərdə yollar, hava limanları salınır, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, kəndlər, rayonlar bərpa edilir, yenidən qurulur. Mədəni, tarixi irsimizin qorunması üçün praktiki işlər görülür, tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağıdılmış 7 məscid yenidən qurulub, 8 məscidin inşası hazırda davam edir. Xankəndidə açılan Qarabağ Universitetini seçən 1200 gənc vətənpərvər, milli gəncliymizin ruhunu ifadə edir. Bəli, ermənilər işğal etdiyi torpaqlarda dağıdıcı, antiekoloji, antihumanist, antimədəni mövqe nümayiş etdirirdilər, çünki bu, onların doğma yurdları deyildi. Ermənilərdən fərqli olaraq xalqımız öz ata-baba yurdlarını bərpa edir. Bütün bunlar daxili imkanlar hesabına edilir deyən Azərbaycan Prezidenti bir real həqiqəti, söz və imzanı təsdiqləyir - biz torpaqlarımızı özümüz qoruyur, özümüz qurub-yaradırıq, ənənələrə sahibliyimizi nümayiş etdiririk.

Dövlətimizin başçısının bildirdiyi kimi, 8 ayda iqtisadiyyat 4 faizdən çox artıb, qeyri-neft sektorunda artım 7 faiz olub. Eyni zamanda, son beş ildə minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını söyləyən dövlətimizin başçısı gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını bildirib. Bütün bunlar ölkəmizdə həyata keçirilən sosial siyasətin davamlılığını təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişlənməsi amilləri hesabına təmin edilib”, - deyə deputat bildirib.

Ermənistanla münasibətlərin normallaşması istiqamətində siyasi mövqeyimizin dönməz olduğunu və milli maraqlara söykəndiyini diqqətə çatdıran Mehriban Vəliyeva deyib: “Prezident İlham Əliyev çıxışında vurğuladı ki, sülh təşəbbüsləri əsasən Azərbaycan tərəfindən irəli sürülür. Ermənistan isə sülh prosesini məqsədli şəkildə gecikdirir. Havadarlarının diktəsi ilə oturub-duran Ermənistan mümkün qədər sülh prosesini uzatmağa çalışır. Bəzi Qərb dövlətlərinin və təşkilatlarının Ermənistana dəstəyi sülh prosesinə mənfi təsir edir. Biz təkcə Ermənistanın təcavüzü ilə üzləşməmişik, həm də Qərbin ikiüzlü, riyakar siyasəti ilə qarşı-qarşıyayıq və iyrənc siyasət bu gün də davam edir. Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, konstitusiyasına dəyişiklik etməli və ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır.

Tarixi Zəfərimiz bizim iqtisadi və siyasi gücümüzü artırıb. İndi heç bir qüvvə bizimlə əmr, diktə tonunda danışa bilmir. Azərbaycanın ləyaqətli, qürurlu dövlət kimi tarixi Zəfərdən sonra beynəlxalq nüfuzu daha da güclənib. COP29-un ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir. Azərbaycanla dost olmaq, əməkdaşlıq etmək istəyən dövlətlərin sayı gündən-günə artır. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin düzgün siyasi, iqtisadi və ideoloji strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsində mümkün olub”.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər