BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənib

 Ermənilər uzun zaman idi ki, “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideya ilə yaşayırdılar. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın bütün arzularını darmadağın etdi. Erməni hiyləsi baş tutmadı, bütün planlar alt-üst oldu. Azərbaycan bu müharibədə ermənilərə öz gücünü göstərdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 2020-ci ilin 27 sentyabrında bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. Ermənistan ordusu da bu müharibədə iflic vəziyyətinə düşdü. Dünya Ermənistan ordusunun nə qədər zəif olduğunu, erməni xalqının isə döyüşkən olmadığını gördü. Çünki bu müharibədə erməni xalqı döyüşmədi. Ermənistan xüsusi pullı döyüşçüləri müharibəyə cəlb etmişdir. Amma onlar da yenə də Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədilər. Bununla Ermənistanın həm də regionda imici daha da düşdü. Yəni, bir daha göründük ki, Ermənistanın nə özünün güclü ordusu var, nə özünün bir vətənpərvər xalqı var. Bu gün biz bir daha müşahidə etdik ki, Ermənistanda heç bir milli ideoloji xətti yoxdur: xalqla dövlət arasında çox böyük siyasi uçurum var. Erməni ideoloqlarının belə, apardığı təbliğatın da sıfır nəticə olduğunu gördük. Çünki erməni ideoloqları yalnız saxtakarlığı, şovnimzi təbliğ edir. Yalan, böhtan üzərindən apardıqları siyasətləri onlara hər hansı fayda vermədi. Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etdilər. Rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı.

Biz 44 günlük Vətən müharibəsində bir daha beynəlxalq birliyinin ermənipərəst mövqeyini gördük. Həmin dövrdə Azərbaycanı istəməyən dövlətlər bir daha özlərini ifşa etdilər. Beynəlxalq istimaiyyətin gözü sanki kor olmuşdur. Ümumiyyətlə, onlar 30 ildə Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən edilən cinayətlərə göz yumurdular. Müharibə dövründə də onlar Ermənistanın sərhəddəki təxribatlarına qarşı hər hansı bir münasibət bildirmədilər, bəyanat yaymadılar. Hansı ki, ermənilər 30 il ərzində Azərbaycan ərazilərində çox böyük faciələr törətmişdilər. Bu işğalın acı nəticələrini bizim torpalarımızda görürdük. 1 milyondan artıq qaçıqımız var idi. İşğal zamanı Azərbaycanın misilsiz mədəniyyət abidələri məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır. Müharibədən sonra ermənilərin mina terroru ilə bir daha qarşılaşdıq. Buna qarşı beynəlxalq birlik hələ də susur. Onların fəaliyyətin haqqdan, ədalətdən uzaq olduğunu görürük. Ermənistanın mina terror ilə  bağlı beynəlxalq birlik hər hansı bir adım atmayıb.

27 sentyabrda başlanan “Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. – Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Bu gün 27 sentyabr dünya azərbaycanlıları üçün həm Anım, həm də qürur günüdür. Məhz ruhları anılan şəhidlərmizə görə şanlı Qələbənin qürurunu yaşayırıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənib. Artıq Azərbaycanla hesablaşırlar. Dövlətimiz tərəfindən irəli sürlən təşəbbüs və təkliflər beynalxalq birlik tərəfindən tam yerinə yetirilir. Bu da bir daha Azərbaycan dövlətinin gücünün göstəricisidir. Bu gün Azərbaycan dövləti hərbi gücünü artırıb. Yeni-yeni silahlar alınıb. Hərbiçilərimiz Ermənistanla sərhəddə möhkəmlənib.  Artıq bizim əsgərlərimiz öz sərhədlərimizi qoruyurlar. Baxmayaraq ki, Ermənistan tərəfindən bəzən sərhəddə təxribatlar törədilir, amma bunlara ordumuz tərəfindən lazımı səviyyədə cavab verilir. Onlar bilirlər ki, Azərbaycan Ordusu istənilən zaman döyüşə hazırdır.

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər