BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Ermənilərin ağlı gedib ötən əsrin 80-90-cı illərinə. O vaxt sovet hərbçilərinin arxasında gizlənib separatçılıq edir, mülki əhalimizə qarşı terror törədirdilər. İndi də ümid edirdilər ki, Rusiya sülhməramlıları varsa, istədiklərini edə bilərlər”. Bunu “Qafqazinfo”ya Milli Məclisin deputatı Elnur Allahverdiyev Azərbaycan ordusunun əks-terror əməliyyatını şərh edərkən deyib. O qeyd edib ki, Ordumuz göstərdi ki, bu torpaqların yeganə sahibi Azərbaycan dövlətidir. Ya silahı yerə qoyub mülki həyat sürsünlər, ya da başlarını qaldırmağa imkan verməyəcəyik. Millət vəkilinin sözlərinə görə, ermənilərdə tarixən suisidə meyl güclü olub və bu günkü gedişat da onu göstərir ki, bu xalq sakit, firavan həyat sürə bilmir: “Bunlar normal həyat yaşaya bilmirlər. Bir ovucdurlar. Bizim tarixi torpaqlarımızda qurduqları dövlətdə illərdir yüzlərlə boş kənd var. Talan etdikləri Qarabağda 30 il ərzində məskunlaşdırma apara bilmədilər, çünki məskunlaşdırmağa adam yox idi. Şuşaya 28 ilə cəmi 2-3 min erməni köçürə bilmişdilər, onların da hamısı Yaxın Şərqdən, Suriyadan olan tüfeylilər idi. Ancaq dindirsən, Şuşanın “qədim erməni yurdu” olduğunu iddia edirlər. Zabux kəndinə bir eybəcər ad veriblər və Livan ermənilərini ora köçürüblər. Onlardan biri durub deyir ki, bizi “vətən”imizdən heç kim qova bilməz. Yəni bu anormal təfəkkürlə başqa cür mübarizə aparmaq mümkün deyil”.E.Allahverdiyev hesab edir ki, bu gün erməniləri dünyada heç kim müdafiə etməyə cəhd göstərmir. Bir tərəfdən ona görə ki, yalan üzərində qurulan arqumentləri qalmayıb, digər tərəfdən isə beynəlxalq birlik Azərbaycanın qüdrətini görür. “30 ildir lovğalanırdılar ki, bunlara qalib gəlmək mümkün deyil, bunlar “müharibə tanrısı”dırlar. İndi gah o ölkəyə ümid edirlər, gah başqasına. Kimsə gəlib bunları xilas edəcək. Tarixin ədalətsizliyidir ki, bizim torpaqlarımızda dövlətiniz var, xoşunuz gəlmir, gedin o dövlətdə yaşayın. Azərbaycanın əzəli parçası olan Qarabağda isə ancaq dinc, mülki həyat sürə bilərsiniz” – deyə deputat bildirib.Milli Məclisin deputatı əmindir ki, ordumuzun cəza tədbirləri 10 noyabr üçtərəfli bəyanatının maddələri tam icra olunmayınca davam etdiriləcək: “Qisas” əməliyyatı xalqımız tərəfindən tam dəstəklənir. Şəhid olan balamızın qisasını ordumuz aldı və alır. Cəsur əsgərlərimiz düşmənin üstünə od yağdıracaq. O vaxta qədər ki, sonuncu erməni silahlısının ya ölüsü, ya dirisi torpaqlarımızı tərk etməyib. Papaqları varsa, qarşılarına qoyub bir daha düşünsünlər. Araiklərə, Babayanlara, Balasanyanlara qulaq asıb, onların əsiri olmağa davam edəcəklərsə, aqibətləri belə olacaq. Adam kimi yaşamaq istəyirlərsə, silahı yerə qoyub cəmiyyətimizə inteqrasiya olunsunlar”.E.Allahverdiyevin fikrincə, Ermənistanın sentyabradək hərbi kontingentini Qarabağdan çıxaracağı tədqirdə, separatçıları müdafiə edən qalmayacaq. Bu proses dövlətimizin ciddi nəzarətindədir: “Qarabağdakı kişiləri deyil, bütün əhalini toplasalar, Azərbaycan ordusu ilə təmas xəttinin müdafiəsini tam təmin edə bilməzlər. Nəfəslikləri daralır, dövlətimiz öz ərazisində separatizmə aman vermək fikrində deyil. Yox, əgər Ermənistan orusundan kimsə burada qalmaq istəsə, tezliklə Yerevana doğru tabutları gedəcək. Ali Baş Komandanın dediyi kimi, heç bir dövlət, heç bir qüvvə bu prosesi dayandıra bilməz. Heç kimə güvənməsinlər. Arxada gizlənmək dövranı keçdi”, - deyə millət vəkili vurğulayıb.

 

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər