BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinin “Lütfi Zadə” təqdimat zonasında AYB-nin və AJB-nin üzvü, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, kitabxananın Fəxri oxucusu, yazıçı, publisist Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” kitabının təqdimatını keçirdi. Tədbir Qarabağ müharibəsində canlarını qurban vermiş və əsərin qəhrəmanına çevrilmiş oğullarımızın fotolarını əks etdirən videoçarxın nümayişi ilə başlandı. Kitabın redaktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova tədbiri açaraq,  yazıçının Qarabağ müharibəsi haqqında yazdığı əsərlər haqqında qısa məlumat verdi və bildirdi ki, Nüşabə xanım gözəl və məhsuldar yazıçıdır, təkcə bu ilin 9 ayında onun müəllifi və ideya müəllifi olduğu 3 kitab işıq üzü görüb. Bunların arasında Azərbaycan yazar qadınlarının Zəfər almanaxı, Azərbaycan mədəniyyətininin bütün sahələrinə aid Ulu Öndərin 300-dən çox aforizm və müdrik kəlamlarını toplayan “Heydər Əliyev: Azərbaycanın zəngin mədəniyyəti var” kitabı və bu günkü “Zəfər zənguləsi” kitabıdır.

Kitab 44 günlük  Vətən müharibəsinin, 23 saat 43 dəqiqə davam edən qısamüddətli antiteror əməliyyatının 1-ci ildönümünə və Azərbaycanın Dövlət Suverenliyi Gününə həsr olunub. Agır əsərdir, göz yaşlarıyla yazılan əsərdir, insanı lərzəyə gətirən, insanı ağladan, real faktlar əsasında yazılmış əsərdir. Əsərdə Vətən müharibəsi və antiterror əməliyyatının qəhrəmanları haqqında maraqlı məlumatlar, döyüş səhnələri, əsirlik həyatı, əsirlərin başına gətirilən işgəncələr, müharibənin ilk günündə əsir düşməmək üçün əsgər və zabitlərimizin igidliyini təsvir olunur. Qisas qiyamətə qalmadı! Sevinirik ki, döyüşçülərimiz, qazilərimiz sağ-salamat qayıtdı. Kədərlənirik ki, çox şəhidlər verdik. Əsər bir nəfəsə oxunur. Bu kitab həm də kitabxanamızın keçirdiyi “Şəhidlər unudulmur”, “Şəhidlər ölməz, Vətən bölünməz” layihələrinə Nüşabə xanımın töhvəsi və hədiyyəsidir.  Şəhidlərimiz haqqında çox yazılmalıdır. Onlara həsr olunmuş teatr tamaşaları qoyulmalıdır, kinofilmlər çəkilməlidir, simfoniyalar, oratoriyalar, opera və baletlər yazılmalıdır, mahnı və muğamlar bəstələnməlidir, roman, povest, hekayə, şeir, ballada, poema və qəzəllər yazılmalıdır, pannolar çəkilməlidir, abidələr və xatirə kompleksləri ucaldılmalıdır.

9-2

Yazıçı Nüşabə Məmmədli oxucularla öz təəsüratlarını bölüşdü: “Yolun uzaqlığına baxmayaraq, gələnlərin hər birinə təşşəkkür edirəm. Əsəri mən tək yazmadım, hamı ilə yazdım. Mənə çox köməklik etdilər. Səbayıl Rayon Məhkəməsinə, Vardanyana hökm oxunan məhkəməyə getdim. R.Vardanyana və A.Qukasyana hökm çıxaran hakim Ülviyyə xanım Şükürova ilə görüşə bildim. Öz-özümə dedim ki, xanım hakim erməni ilə necə bacarmışdı və sonra özüm şahid oldum onun proses aparmağına. Şəhid atasına, şəhid anasına zəng etmişəm, onlar mənə  qəhrəmanlarımızın şəhid olması barədə məlumat toplamağa çox köməklik etdi. Müharibənin hər dəqiqəsinə əsər yazılmalıdır. Mən şəhidlərin qan tökdüyü yerə baş qoyaram, qarış-qarış gəzəndə torpaqda daş ilə dairəyə alınmış şəhid qanı gördüm. Bu müqəddəs qandır. Əgər istəyirsiniz 44 günlük Vətən müharibəsində necə qalib gəldiyimizi biləsiniz  kitabı oxuyun, necə güclü olduğumuzu, qəhrəmanlarımızın necə cəsarətli olduğunu görəcəksiniz. Onlar dağlara dırmaşa-dırmaşa döyüşüblər, Şuşadakı küçə döyüşlərini necə təsvir etməyəsən? Qəhrəmanlarımız üçrəngli bayrağımızı yüksəkliklərdə ucaltdılar”.                                                                           

Tədbirdə iştirak edən kitabın naşiri Akif Dənzizadə çıxış edərək bildirdi ki, mənim 94 yaşlı atam bu romanı oxudu və müəllifə salamlarını yetirdi. Nüşabə xanımın başqa yazıçılardan üstünlüyü ondadır ki, milli düşüncəsiylə düşməni darmadağın edir. Qələbə qazanan ölkənin tarixini onun alimləri, yazıçıları yazır. Bu gün Qarabağın hər qarışı – dağı, daşı, kəsəyi, dərəsi, təpəsi Zəfərdən danışır. “Zəfər zənguləsi” kitabının təqdimatında iştirak edən qazilərdən Ramin Şirinov kitab haqqında fikirlərini bildirdi və dedi ki, mən “Zəngulə” romanını oxuyanda bilirdim ki, bunun ardı yazılacaq. Biz artıq Qarabağı aldıq, işğal altında olan torpaqlarımızı azad etdik. Bu gün mötəbər bir gündür, müəllimlər günüdür. Möhtərəm Prezidentimiz 16 şəhid müəllimi orden və medallarla təltif etmişdir. Vətənpərvər olmaq üçün bu formanı geyinmək önəmli deyil, hər kəs öz işində vətənpərvər olmalıdır, Nüşabə xanım da öz işinin vətənpərvəridir. Ona uğurlar arzulayıram. 

Tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov maraqlı fikirlərlə çıxış etdi. O, kitabı xarici dillərə tərcümə olunmasını təklif etdi. Tədbirdə kitabsevərlər, kitabxanaçılar, qazi və veteranlar, ziyalılar, geniş ictimaiyyət nümayəndələri iştirak etdilər. Təqdimatın sonunda imza saatı təşkil olundu.

Kitaba həsr olunmuş videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:

//www.youtube.com/watch?v=SraTmRGPmXk

Y.Məmmədli

8-1

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər