BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı böyük maraqla qarşılandı. MDB-nin ən nüfuzlu üzvlərindən olan ölkəmiz Ermənistan istisna olmaqla, birliyin bütün təmsilçiləri ilə dostluq, qardaşlıq münasibətlərinə malikdir. Eyni zamanda, Rusiya ilə müttəfiqlik münasibətləri, Belarus və türkdilli dövlətlərlə olan sıx əlaqələr, həmçinin işğalçı Ermənistan üzərində əldə etdiyimiz parlaq Qələbə MDB-dəki nüfuzumuzu daha da artırıb. Bakı keçmiş ittifaq ölkələri ilə MDB səviyyəsində sağlam əlaqələr qurmaqla yanaşı, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafına töhfələr verir. Bu mənada Prezident İlham Əliyevin oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının iclasına qatılması, səfər çərçivəsində keçirdiyi görüşlər mühüm məqamlarla yadda qaldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

O deyib ki, dövlətimizin başçısının Moskva səfərində diqqət çəkən məqamlardan biri də Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan inkişaf, müsbət dinamikadır. “Ölkələrimiz arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. Vladimir Putinin Azərbaycana bir neçə ay əvvəl etdiyi dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqləyib. Rusiya ilə ticarət dövriyyəsinin iki dəfədən çox artaraq 4,5 milyard ABŞ dollarına çatması, 2024-2026-cı illər üçün Yol Xəritəsinin imzalanması ölkələrimiz arasındakı əlaqələrin inkişafından xəbər verir. Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında Bakının bir aydan sonra ev sahibliyi edəcəyi ən böyük beynəlxalq tədbir olan COP29 iqlim konfransına da toxundu. BMT-nin Bakı İqlim Konfransı postsovet məkanında ilk olacaq. Sammitdə iştirakını və nümayəndə heyətlərinin təmsil olunmasını təsdiq edən dünya liderləri arasında MDB ölkələrinin başçıları da var. 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları, Gəncə şəhərinin idman paytaxtına çevrilməsi də əhəmiyyətli idman hadisəsidir. Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ölkə statusu qazanıb”, - deyə T.Mirkişili bildirib.

Onun sözlərinə görə, dövlət başçılarının Moskvadakı iclasını əhəmiyyətli edən ən mühüm məqamlardan biri də Azərbaycanın işğaldan azad edilmiş Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi oldu. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu qərarla MDB üzvü olan ölkələrin dövlət başçıları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, mədəniyyətimizə yüksək dəyər verdiklərini nümayiş etdirdilər. Sözsüz ki, əldə olunan bu siyasi, diplomatik uğur birbaşa Prezident İlham Əliyevin şəxsi nüfuzundan qaynaqlanır. Ermənistanın da təmsil olunduğu birliyin Azərbaycana bu jesti, dəstəyi İrəvanın hətta MDB-də heç bir nüfuzunun olmadığını göstərdi. Vaxtilə Rusiya tərəfindən süni şəkildə yaradılmış Ermənistan adlı dövlətin bu gün asanlıqla Moskvaya, həmçinin MDB-yə xəyanət edərək Qərbə üz tutması cavabsız qala bilməzdi. Erməni baş nazir Nikol Paşinyanın Moskvada soyuq qarşılanması, ona olan saymazyana münasibət diqqətdən yayınmadı. Ermənistanın və onun Qərbdəki himayədarlarının Azərbaycana qərəzli münasibətləri fonunda MDB-nin Laçını mədəniyyət mərkəzi elan etməsi həm də dünya ictimaiyyətinə ciddi mesajdır. Bu qərar gündən-günə abadlaşan, gözəlləşən Laçında daha da canlanma yaradacaq.

Deputat Prezident İlham Əliyevin “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərə də toxunub. Bildirib ki, dövlətimizin başçısı müsahibədə ABŞ-dan ölkəmizə qarşı yönələn bütün iddiaları, o cümlədən sanksiyalarla bağlı arqumentləri alt-üst etdi. Həqiqətən də ABŞ və bəzi Avropa dövlətlərinin birtərəfli qaydada, selektiv yanaşmalarla Azərbaycana sanksiya tətbiq etmək istəmələri onların saxta, qərəzli niyyətlərindən xəbər verir. Müstəqil siyasət yürüdən ölkələrin sanksiyalarla təhdid edilməsi heç vaxt özünü doğrultmayıb. Beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərin suveren hüquqlarına sayğısız yanaşan ABŞ-ın bu cür xarici siyasəti iflasa uğramaqdadır. Özünü dünyanın “mütləq hakimi” kimi aparan Vaşinqtonun Azərbaycana olan qeyri-səmimi münasibəti milli maraqlarımıza təhlükə törədir.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər