BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bir il öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 15 oktyabr 2023-cü ili Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix adlandırsaq, yanılmarıq. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı.  Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdi. Dövlət başçımız 3 rəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir.

Cənab prezident İlham Əliyev keçən il hakimiyyətə gəlişinin 20-ci ildönümündə Xankəndi, Ağdərə, Xocavənd, Xocalı və Əsgəranda üçrəngli bayrağı dalğalandırdı: “15 oktyabr tarixi bir gündür,  Azərbaycan tarixində bir dönüm nöqtəsi oldu. 15 oktyabrda Azərbaycan torpaqları üzərində tam suverenliyini təmin edib. Bir zamanlar  Qarabağdan Azərbaycanı təhdid edən erməni liderlər saxlanılaraq Bakıya həbsxanaya salınıb. Onlar artıq Azərbaycanın həbsxanasında çay içməkdədir.”

Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordu olmalıdır.  Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndində dövlət bayrağımızı dalğalandırmaqla Azərbaycan xalqının qalib ruhunun dönməzliyini, qadirliyini dünyaya bir daha bəyan etdi.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.

Ali Baş Komandan öncə Azərbaycanımızın gücünü artırmağa çalışmış, iqtisadi güc sayəsində ordu gücləndirmiş, işğal altındakı torpaqları diplomatik yol ilə azad etmək istəmişdi. Ancaq bu addımlar nəticə vermədiyi üçün ədaləti özü bərpa etdi. Qarabağda - Azərbaycanın torpaqlarında separatistlərin təxribatları səbəbindən Azərbaycan 2023-cü il 19 sentyabrda antiterror tədbirləri həyata keçirib, bu təbirlər Azərbaycanın ordusunun nə qədər güclü olduğunu dünya sübut edib. Əsasən 44  günlük müharibə zamanı da Azərbaycan ordusu gücünü dünyaya sübut edib. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Həm dörd il bundan əvvəl, həm də 1 il bundan əvvəl keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir.

Azərbaycan xalqı bəşər tarixinə görkəmli dövlət xadimləri, qüdrətli sərkərdələr, istedadlı alimlər, məşhur sənətkarlar bəxş edib. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən ümummilli lider haqlı olaraq "Dünyanın ən böyük azərbaycanlısı" adlandırılır. Xalqın əsrlər boyu ən ülvi arzusu olan müstəqillik və azadlıq məramını gerçəyə çevirən, ona sosial rifah və sivil cəmiyyət bəxş edən, ölkəsinin beynəlxalq məkanda böyük nüfuzunu təmin edən insan həqiqətən də, ən ali həmvətənimiz, bütün zamanların əsl Azərbaycanlısıdır.

Ümummilli lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi Dağlıq Qarabağ da onun üçün əziz və doğma olmuşdur. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz ulu öndərin qətiyyəti sayəsində alınmışdı. Hələ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən erməni millətçilərinin hərəkətlərinin qarşısını dəfələrlə qətiyyətlə alan Heydər Əliyev 1967-ci ilin iyun ayında Xankəndidə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən vərəqələri yayanların və bu işlərin təşkilatçılarının tutulub cəzalandırılmalarına nail olmuşdu. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar 1967-ci ildən başlayaraq ulu öndərin xilaskar fəaliyyətinin şahidi olmuş, onun vətənpərvərliyini, millətsevərliyini daha yaxından hiss etmişlər.

1969-cu ilin iyulun 14-də Azərbaycan KP MK-nın plenumunda birinci katib seçilən Heydər Əliyev Dağlıq Qarabağa münasibətində öz prinsipiallığı və milli dəyərlərə köklənmiş iş üslubu ilə sübut etdi ki, Azərbaycana əsl milli lider rəhbərlik edəcəkdir. Keçmiş vilayətdə yaşayan azərbaycanlıların öz aralarında bir-birinə göz aydınlığı verməsi, nəhayət öz hüquqlarından sərbəst istifadə edəcəklərini böyük sevinclə qeyd etmələri yəqin ki, çoxlarının yadındadır. 70-ci illərdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük bir dirçəliş yaradan Heydər Əliyev son dərəcə barışmaz mövqe və ardıcıl siyasətlə Dağlıq Qarabağda erməni millətçiliyinə və daşnak xislətinə sipər çəkdi. Qəti və prinsipial mövqe bildirərək vilayət partiya komitəsində ermənilərin də iştirak etdiyi toplantıda "Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır, kim burada yaşamaq istəmirsə çıxıb gedə bilər" bəyanatını verdi. Moskvadakı yüksək dairələrin təzyiqinə baxmayaraq muxtar vilayət millətçi cinayətkar ünsürlərdən təmizləndi. Vilayətin partiya, sovet, hüquq-mühafizə, o cümlədən, dövlət təhlükəsizlik orqanlarında köklü dəyişikliklər edildi. Separatçılar və onların ideoloqları vilayətdən qovuldular. Vilayətdə yaşayan azərbaycanlılar isə yeni bir həyata qədəm qoydular. Mübaliğəsiz demək olar ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar məhz Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra özlərini yaşadıqları dədə-baba yurdunun əsl sahibi kimi hiss etməyə başladılar. Onlar sözün həqiqi mənasında vətəndaşlıq hüquqları əldə etdilər. Orta və yaşlı nəslin yaxşı yadındadır ki, ulu öndərimizin hakimiyyətə gəlişinin ilk illərindən başlayaraq bütün azərbaycanlılar yaşayan kəndlər abadlaşmağa, yeni və yaraşıqlı evlər tikilməyə, sosial infrastruktur qurulmağa başlandı. Vilayətin mənəvi-siyasi iqliminin dəyişməsi real həqiqət kimi hər kəsin ovqatına hakim kəsilmişdi.

Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 280 və 360 nömrəli qərarları qəbul olundu və Şuşa şəhəri çox sürətlə inkişaf etməyə başladı. Bu qərarlardan biri Şuşanın kurort şəhəri kimi kompleks şəkildə inkişafı haqqında, ikinci isə Şuşanın "qoruq şəhər" elan edilməsi barədə idi. Az bir vaxtda şəhər əhalisinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə Turşsu xətti Şırlandan Şuşaya gətirildi, iki sanatoriya binası, 600 yerlik sanatoriya yeməkxanası, 210 yerlik turist bazası, 1176 yerlik xüsusi internat məktəb, radiozavodun filialı, toxuculuq kombinatı, minlərlə kvadratmetr mənzil sahəsi tikildi. Qeyd etmək lazımdır ki, bu kimi abadlıq-quruculuq işləri Dağlıq Qarabağın bütün yaşayış məntəqələrində aparılırdı. Xüsusi ilə uzun illər diqqətdən kənarda qalan azərbaycanlılar yaşayan kəndlər inkişaf etməyə başlayır, əhalinin güzəranı günbəgün yaxşılaşırdı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, 70-ci ildən başlayaraq Dağlıq Qarabağda milli ruhun yüksəldilməsi vüsət aldı.

Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər.

Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq.

Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.

Artıq Azərbaycanın amalı, niyyəti daha səmərəli, faydalı işlər görməyə yönəlib. Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi: "Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır". Bu gün dövlətimizin məqsədi, həmçinin planetar səviyyədə bəşəriyyətin təhlükəsizliyi üçün çalışmaqdır. Qarabağ və Şərqi Zəngəzurda gözəlliklər yaratmaq, bərpa-quruculuq işləri həyata keçirmək, dünyaya sülh, rifah və təhlükəsizliklə bağlı mesajlar ötürüb bütün bəşəriyyətin xilasını prioritetə çevirmək əsas meyardır. O anlayışlar və amallar ki, heç vaxt Ermənistan dövlətinin lüğətində və düşüncə planında olmayıb.

Bu gün Ulu Öndərin və Qarabağın azadlığı amalı ilə bütün həyatdan gedənlərin ruhları şaddır. Biz Qarabağa qayıtdıq. Məmləkətimizdə dövlət bayrağını öz müqəddəs məkanına geri qaytarıb ən uca zirvədə dalğalandıran oğullar yetişdi. Yəqin ki, ötən il oktyabrın 15-i, o möhtəşəm gün Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi xitaba bu ali duyğunu illərlə canında yaşadan və onun gerçəkləşməsi naminə ömür fəda edən neçə qəhrəman əsgərimizin səsi qarışmışdı:

Əziz Qarabağ, sən azadsan! O bayraq ki, Xankəndi şəhərində ucaldılıb, orada əbədi dalğalanacaqdır!

 

Məlahət İbrahimova,

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər