BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən Füzuli rayonunda aparılan genişmiqyaslı abadlıq-yenidənqurma işləri yeni mərhələdə sürətlə davam etdirilir. İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olan Füzuli əməliyyatı strateji əhəmiyyət kəsb edirdi.

Təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması şanlı ordumuza üstünlüklər qazandırdı. 2020-ci il oktyabrın 17-də Ali Baş Komandan İlham Əliyevin xalqa müracətində Füzulinin azad olunması ilə bağlı şanlı Qələbə xəbəri böyük coşqu və sevinc hissi ilə qarşılanıb. Dövlət başçısının müvafiq Sərəncamları ilə 25325 hərbi qulluqçunun “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunması həyata keçirilmiş əməliyyatın mürəkkəbliyindən və uğurlu nəticəsindən xəbər verir. 17 oktyabr - Füzuli Şəhəri Gününün hər il ölkəmizin bütün bölgələrində təntənəli şəkildə qeyd edilməsi kifayət qədər dərin məzmun daşıyır”.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Deputat qeyd edib ki, 23 avqust 1993-cü ildə ermənilərin Füzulini işğal etməsi cəmiyyətə böyük sarsıntı yaşatmışdı: “Füzulidən olan məcburi köçkünlər ağır vəziyyətdə digər rayonlarımıza yerləşdirilmişdi. 27 illik işğal dövründə düşmən Füzulidə çoxsaylı müdafiə istehkamları qurmuşdu. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və şücaəti sayəsində qısa müddətdə Füzuli rayonu düşmən işğalından azad olundu”.

Mehriban Vəliyevanın sözlərinə görə, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi, Füzulidə də bərpa-quruculuq işləri ən müasir tikinti standartlarına uyğun şəkildə həyata keçirilir: “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının cəmi 9 ay ərzində tikilib istifadəyə verilməsi quruculuq işlərinin miqyasından xəbər verir. Azərbaycan və Özbəkistan, eləcə də Qazaxıstan dövlətləri arasında dostluq rəmzi olan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də qardaş dövlətlərin başçılarının təşəbbüsü ilə inşa olunub”.

M.Vəliyeva qeyd edib ki, cənab İlham Əliyev işğaldan azad olunan Füzuli rayonuna müxtəlif vaxtlarda 14 dəfə səfər edib: “Dövlət başçısı bütün səfərləri zamanı mühüm infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Füzuli-Şuşa avtomobil yolunun çəkilməsi, Füzuli şəhərinin Baş planının təsdiqlənməsi, içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması, Köndələnçay su anbarları kompleksinin təmir-bərpası, Dövlətyarlı kəndində “ağıllı kənd”in təməlqoyma mərasimi və bu kimi digər işlərin uğurlu həyata keçirilməsi nəticəsində bu rayonun tezliklə Qarabağın ən gözəl məkanlarından birinə çevriləcəyini deməyə əsas verir”.  

Deputat sonda bildirib ki, Füzuli rayonuna qısa zamanda qayıdış başlamış, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdışın sevincini yaşamaqdadırlar: “Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan məskunlaşacaq. Füzuli azad edilmiş rayonlar arasında minalarla ən çox çirkləndirilmiş ərazidir. İlkin hesablamalara görə, rayonda yüz mindən çox mina basdırılıb. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Ermənistan Qarabağ və Şərqi-Zəngəzurda törətdiyi cinayətlərə görə məsuliyyət daşımalıdır”.

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər