BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu gün Azərbaycan dünyada kiçik ada dövlətlərinin eşidilən bir səsidir. Çünki, Azərbaycan sədrlik etdiyi bir çox beynəlxalq təşkilatlarda o cümlədən, Qoşulmama hərəkatı çərçivəsində məhz bu dövlətlərə öz dəstəyini göstərib və bu gündə dəstəyini göstərməkdədir. Bu mənada noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti onların müdafiə edilməsi, haqq səslərinin eşidilməsi üçün unikal platformadır. Bakı Sammiti dəstəyə, yardıma ehtiyacı olan dövlətlərin, toplumların ümid, pənah yeridir. Cənab Prezident İlham Əliyev Sammitdə çıxış edərək, Azərbaycanın kiçik ada dövlətləri ilə yüksələn xətlə inkişaf edən münasibətlərinə, ölkəmizin həmin ölkələrə göstərdiyi dəstəyə və iqlim dəyişmələrindən ciddi ziyan çəkən ölkələr olduqlarına xüsusi diqqət çəkib.

 

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat bildirib ki, kiçik ada dövlətləri, iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan ərazilərdəndir. Bu ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və gölənilməz hava şəraiti kimi həyati əhəmiyyət daşıyan təhlükələrlə üzləşir. Prezident İlham Əliyev çıxışında inkişaf etmiş bütün ölkələrə, o cümlədən  müstəmləkə keçmişi olan inkişaf etmiş ölkələrə müraciət edərək, inkişaf etməkdə olan ada dövlətlərinin qlobal arenada səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin vacibliyini  vurğulayıb.

 

Həmçinin, cənab Prezident çıxışında Azərbaycanın inkişaf etməkdə olan ada dövlətlərinə hər zaman göstərdiyi dəstəyi diqqətə çatdıraraq deyib: “Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir.  Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.

 

Ölkə Başçısının Sammit çərçivəsində çıxışdan toxunduğu vacib məsələlərdən biri də Fransa Polineziyasında və Yeni Kaledoniyada dekolonizasiya problemləri oldu.  Məlumdur ki, Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Lakin, onların dekolonizasiya prosesi hələ də başa çatdırılmayıb.XXI əsrdə belə bir problemin hələ də mövcud olması iqlim dəyişiklikləri qədər ciddi bir problemdir. Təəssüflər olsun ki, özünü inkişaf etmiş ölkələr adlandıranlar, Avropanı “bağ”, dünyanın qalan hissəsini cəngəllik adlandıranlar bu problemləri həll etmək barədə qətiyən düşünmürlər. Elə isə, imkan versinlər  bu ölkəlrin xalqları öz problemlərini özləri həll etsinlər.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları  bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.

 

Bütün bunlara baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə kiçik ada dövlətlərinə dəstəyini nümayiş etdirib, indi də COP29-ün sədri kimi həmin dövlətlərə dost əlini uzatmağa davam edəcək, onların haqq səsinin dünyada eşidilməsinə dəstək olacaq.

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər