BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 23 noyabr 2023-cü il – 10 yanvar 2024-cü il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin “Gənc istedad” qrant istiqaməti üzrə qalib gənclərdən olan Qədirzadə Nurdan Elxan qızının həyata keçirdiyi “İncəsənətin rəngi” layihəsinə yekun vurulub.
Layihənin icrası məqsədilə Bakı şəhəri, Sabunçu rayonunda fəaliyyət göstərən Qurban pirimov adına Ağdam rayon Uşaq musiqi məktəbində  Nurdan Qədirzadənin əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgidə gənc rəssam Nurdan Qədirzadənin 80-dən artıq əl işləri nümayiş olunub.
Sərgidən sonra bir sıra qeyri-hökumət təşkilatlarının, Ağdam rayon UMM-nin  nümayəndələri, tələbələr, sakinlər iştirak edib.
Tədbir şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Tədbiri giriş sözü ilə “Zirvə” mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov açaraq Nurdan Qədirzadənin məcburi köçkün ailəsində doğulub böyüdüyünü, 1 gün də olsun incəsənət məktəbində təhsil almadan yalnız öz üzərində çalışmaqla belə gözəl rəsmlər çəkdiyini bildirdi. Natiq Memarlıq və İnşaat Universitetindən bu il məzun olan Nurdan Qədirzadənin gənc memar kimi əl işlərinin onun gələcəkdə təkcə Azərbaycanın yox, beynəlxalq səviyyədə də diqqət mərkəzində olacağına əminliyini vurğuladı.
Ağdam rayon Qurban Pirimov adına 2 saylı UMM-nin direktoru Elşad Aydınoğlu  çıxışında Nurdan Qədirzadənin əl işlərindən ibarət sərginin təşkili zamanı onun çəkdiyi rəsm əsərləri ilə daha yaxından tanış olduğunu, onun gələcəkdə tanınmış bir rəssam kimi özünəməxsus yer tutacağına şübhə etmədiyini bildirdi.
Tədbirdə çıxış edənlər: Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov, Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Elnarə Əliyeva və digər çıxış edənlər gənc rəssam Nurdan Qədirzadənin yaradıcılığından söz açdılar və ona gələcək işlərində uğurlar arzuladılar.
Layihənin koordinatoru və sərginin müəllifi Nurdan Qədirzadə ilk öncə Azərbaycan Gənclər Fonduna təqdim etdiyi layihəni maliyyələşdirdiyinə görə minnətdarlığını bildirdi və bu dəstəyin onun gələcək fəaliyyətinə böyük stimul verdiyini  vurğuladı.   
Xoş sözlərə və tədbirin təşkilati işlərinə köməklik göstərənlərə öz minnətdarlığını bildirən Nurdan Qədirzadə gələcəkdə daha peşəkar və məsuliyyətlə yaradıcılığını inkişaf etdirəcəyini, harda olmasından asılı olmayaraq Azərbaycanı layiqincə təmsil etməyə çalışacağını bildirdi.
Tədbir Ağdam rayon Qurban Pirimov adına 2 saylı UMM-nin şagirdlərinin ifasında musiqilərin səsləndirilməsi ilə başa çatdı.


“İncəsənətin rəngi” layihəsinə yekun vurulub

“İncəsənətin rəngi” layihəsinə yekun vurulub

“İncəsənətin rəngi” layihəsinə yekun vurulub

“İncəsənətin rəngi” layihəsinə yekun vurulub

“İncəsənətin rəngi” layihəsinə yekun vurulub

“İncəsənətin rəngi” layihəsinə yekun vurulub

“İncəsənətin rəngi” layihəsinə yekun vurulub

“İncəsənətin rəngi” layihəsinə yekun vurulub

“İncəsənətin rəngi” layihəsinə yekun vurulub

“İncəsənətin rəngi” layihəsinə yekun vurulub

“İncəsənətin rəngi” layihəsinə yekun vurulub

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər