BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının, Bakıdakı Rus Evinin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin anadan olmasının 230 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Bakıdakı Rus Evinin direktoru İrek Zinnurov, ziyalılar, şair və yazıçılar, oxucular, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını və qonaqları salamladı. L.Məmmədova M.Ş.Vazehin yaradıcılığının əsas məqamlarını vurğuladı. Bildirdi ki, şairin poeziya yaradıcılığında əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatdan zövq almaq idi. O, çıxışında rəhbəri olduğu kitabxanaya Mirzə Şəfi Vazehin adının verilməsinin qısa tarixçəsindən danışdı və qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə kitabxanaya 45 il öncə böyük şairinin adı verildi. AYB-nin üzvü, gənc şair Lalə Həsənova Mirzə Şəfi Vazeh yaradıcılığının Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutduğunu diqqətə çatdırdı.

AYB-nin üzvu, şair Səidə Sübhi qeyd etdi ki, Mirzə Şəfinin nəğmələri Avropa dillərinə dəfələrlə tərcümə edilsə də, şairin yaradıcılığının böyük bir hissəsi bizə gəlib çatmamışdır. Onun tərcümələri diqqətini çəkmişdi. O, şairin şeirini oxudu.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist Reyhan Mirzəzadə çıxışında qeyd etdi ki, Vazeh şərq ədəbiyyatını tədqiq edən dahilərdən olmuşdur. O, elə bir şəxsiyyət idi ki, Avropa ədəbiyyatı ilə yanaşı rus ədəbiyyatının dahilərinə də böyük həssaslıqla yanaşırdı. Dahi şairin vəfatından 20 il sonra  “Mirzə Şəfinin irsindən” kitabını çapa hazırlayarkən Fridrix Bodenştedtelan edir ki, “Nəğmələr” guya tərcümə deyil  və bütövlükdə onun özünə məxsusdur. Təəssübkeş mütəxəssislər qorunub saxlanılan fars və Azərbaycan dillərindəki orijinal vərəqlərin köməyi ilə Mirzə Şəfinin müəllifliyini sübut edə bilmişdilər. Çıxışının sonunda R.Mirzəzadə Mirzə Şəfinin şeirini söylədi. R.Mirzəzadə çıxışında tanınmış şair Musa Cəlil yaradıcılığına da toxundu.

Tarixçi, tədqiqatçı, müəllim Rüstəm Hüseynov çıxışında qeyd etdi ki, Mirzə Şəfi həm Azərbaycan, həm də fars dilində şeirlər yazmışdır. Vazehin yazdığı qəzəllər, müxəmməslər, məsnəvilər, rübailər dünya xalqlarının marağına səbəb olmuşdur. Şair həm də yaxşı tərcüməçi idi. R.Hüseynov çıxışını şairin tərcümələri haqqında fikirləri ilə yekunlaşdırdı.

Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, yazıçı Gülzar İbrahimova Vazehin nəsihətamiz kəlamları haqqında məlumat verdi. Bildirdi ki, ədibin qələmi nə qədər zərif, üslubu nə qədər incə olsa da, şeirindəki qətiyyətlik, ötkəmlik şairin xarakterindəki möhkəmliyindən, əyilməzliyindən xəbər verir.

Oslo şəhərində N.Gəncəvi adına Həftəsonu Azərbaycan məktəbinin koordinatoru Günay Əliyeva çıxışında Norveçdə də belə bir poeziya gecəsinin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı və tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. 
Şair, tərcüməçi Günatay Hüseynova çıxışında qeyd etdi ki, Mirzə Şəfinin şeirləri hələ də oxunur, aktuallığını saxlayır.

“Era” məktəbinin əməkdaşı, şair Aytən Həsənzadə, Bakı Slavyan Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Arzu Muradova, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, şair Bayram Məhərrəmov, Bakı Dövlət Universitetinin tələbəsi, şair Tamilla Şıxəmirova, müxtəlif poeziya müsabiqələrinin iştirakçısı və qalibi Zaur Cəfərov, filoloq, şair Arzu Manaflı Mirzə Şəfi Vazeh yaradıcılığına müraciət edərək, şairin şeirlərini söylədilər.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı və tədbirin təşkilatçılarına, qonaqlara öz təşəkkürünü bildirdi. 

Tədbirin bədii hissəsində Ağdam rayon Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin şagirdləri Mətin Cəfərov, Tunar Əzizov muğamlar və mahnılar ifa etdilər. Onları tarda Famil Məmmədov, kamançada Lalə Əfəndiyeva, nağarada Sabir Həsənov müşayiət etdilər. Kanonda Əli Kərimli, Ud alətində Neda Mehmandost “Bayatı-şiraz” muğamını, Ləman Cəfərova Faiq Sücəddinovun “Vətən balladası”nı ifa etdilər. Bakı Dövlət Universitetinin tələbəsi, pianoçu, bəstəkar Murad Muradov öz bəstəsini səsləndirdi. Xanəndə Maya Cəbrayılova ifası ilə tədbirə rəng qatdı.

Tədbirdə Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurova M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomu, şair Lalə Həsənovaya gənc və yeniyetmələr arasında ədəbiyyatı təbliğ etdiyinə görə Fəxri fərman təqdim olundu.
Tədbirdə böyük şairin həyat və yaradıcılığına həsr olunan və onun Gəncədəki Ev muzeyinə virtual səyahət iki videoçarx nümayiş olundu.

Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:

//www.youtube.com/watch?v=uNJq2Hgh9qY    

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər