BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Otuz ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri hər birimizi qürurlandırır. Regionda geosiyasi vəziyyətə liderlik edən Azərbaycan, heç bir yerdən dəstək almadan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərini uğurla davam etdirir. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Ağdam, Əsgəran, Xankəndi və Xocalıya səfərləri çərçivəsində gördüyümüz mənzərələr bərpa-quruculuq işlərinin uğurla davam etdiyinin əyani sübutudur.

Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda şəhərləri, kəndləri yenidən qurur. Ermənistanın məhv etdiyi mədəni, dini abidlərimiz bərpa edilir, yaşayış məskənləri, nəqliyyat infrasturukturu, elektrik şəbəkəsi, su təchizatı hər şey yenidən qurulur. Ölkəmiz bütün bunları heç bir yerdən bir manat dəstək almadan təkbaşına edir. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. 2022-ci ilin iyulunda Zəngilan rayonunun Ağalı kəndinə başlanan qayıdış  hazırda beş şəhərin- Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayılın, 4 kəndin-Ağalı, Talış, Zabux və Susun  sakinlərinə qovuşması ilə davam edir. Dövlətimizin başçısı İlham Əliyev hələ ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində 2024-cü il ilə yanaşı, 2025-ci ildə də sakinlərinə qovuşacaq şəhərlərin adlarını açıqlamışdı. 2024-cü ildə 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə, Xocalı rayonunun Ballıca kəndinə köçürüldü. Ağdam, Qubadlı, Zəngilan şəhərlərinə qayıdış 2025-ci ildə nəzərdə tutulub.

Qeyd edək ki, fevral ayının 19-də  cənab Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyeva Xocalı  rayonuna səfər çərçivəsində Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb. Cənab Prezident Ballıca kəndinin sakinləri ilə görüşdə Xocalını azad etməyin hər zaman gündəlikdə duran məsələ olduğunu qeyd edib. Xocalı soyqırımın ildönümü ərəfəsində Ballıca kəndinin sakinlərinin öz ata-baba yurdlarına qayıdışının təmin olunması əlbəttə, təsadüf deyil. Bu tarixi ədalətin növbəti təntənəsidir. Xocalıya hər qayıdış soyqırım qurbanlarının xatirəsinə ehtiramın daha bir nümayişidir.

Bundan başqa işğaldan azad olunan ərazilərimizdə tarixi-mədəni abidələrimizin bərpasına da dövlət tərəfindən xüsusi diqqət ayrılır. Bu işdə Birinci vitse-Prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Beləki, Fond tərəfindən Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Vaqifin büstü, Mehmandarovların malikanə kompleksi təmir olunub, Zəngilan məscidi tikilib, Ağdam Cümə məscidi isə bərpa edilib. Bu baxımdan Əsgəran qala kompleksinin bərpası da xüsusi önəm daşıyır. Həmçinin, onu da qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin Ağdam  şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə sərəncam imzalaması Azərbaycan tarixinə hörmət və ehtiramın daha bir nümunəsidir. Xüsusi vurğulamalıyıq ki, Qarabağ işğaldan azad olunandan sonra xarici mütəxəssislərin iştirakı ilə bu ərazilərdəki digər tarixi-mədəni və dini abidələrlə yanaşı, “İmarət”də də restavrasiya və arxeoloji tədqiqat işlərinə start verilmişdi. Vəhşi erməni vandalizminə məruz qalmış kompleksə, o cümlədən Pənahəli xanın imarətinə, İbrahimxəlil xanın türbəsinə və Xurşidbanu Natəvanın qəbirüstü abidəsinə də ikinci həyat bəxş edilməyə başlamışdı. Ötən il sentyabrın 19-da isə dövlətimizin başçısı XVIII əsrə aid olan bu tarixi kompleksin bərpadan sonra açılışında iştirak edib. İndi isə 20 fevral 2025-ci il tarixli sərəncamla burada “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılmasına qərar verilib.

Həyata keçirilən bütün bu bərpa-quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi-siyasi gücünü dünyaya nümayiş etdirir. Hazırda dünyanın bir çox yerində müharibə və münaqişələr şiddətlə davam edir. Bir çox şəhərlər, kəndlər, yaşayış məskənləri viran qalır, insanlar yaşadıqları yerləri tərk etməli olurlar. Dünyada baş verən bütün bu faciələrin əksinə olaraq, Azərbaycan otuz illik həsrətə son qoyaraq, torpaqlarının bərpasını sürətlə həyata keçirir, keçmiş məcburi köçkünləri öz ata-baba yurdlarına qovuşdurur. Bu istiqamətdə Azərbaycanın qazandığı təcrübə bütün dünyaya örnək təşkil edir. Azərbaycan həyata keçirdiyi bərpa-quruculuq işləri ilə dünyada nümunəvi ölkələrdən biridir.Millət vəkili Tamam Cəfərova belə deyib.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər