BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Hacıqabul rayon Heydər Əliyev  Mərkəzində AYB və AJB-nin üzvü, AYB Prezident təqaüdçüsü, Mətbuat Şurasının üzvü, H.Zərdabi mükafatçısı, uşaqların sevimli yazıçısı Gülzar İbrahimovanın oxucularla görüşü keçirilib. 

Görüşdə Hacıqabul rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, oxucular və kitabxanaçılar, mədəniyyət işçiləri iştirak etdilər. 

Tədbiri giriş sözü ilə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Dövran Həsənov açaraq, qonaqları salamladı, uşaqların “Gülzar nənə” ilə görüşünə  böyük həvəslə hazırlaşdıqlarını bildirdi.

Muğan qəsəbə məktəb şagirdlərinin ifasında Gülzar İbrahimovanın şeirləri və sözlərinə yazılmış mahnıları səsləndirildi. Yazıçının “Zəfərlə qayıtdım, ana”  pyesi şagirdlər tərəfindən böyük uğurla nümayiş etdirildi. 2, 5, 9,10 №-li tam orta məktəblərin şagirdləri arasında tarixi abidələrimizə həsr olunmuş “Qədim Azərbaycan” viktorinası keçirildi. Mərkəzi Kitabxananın rəsm dərnəyinin üzvləri rəsm müsabiqəsində iştirak etdilər. Müsabiqə iştirakçıları və qaliblərinə diplom və hədiyyələr təqdim edildi.

5 №-li tam orta məktəbin İcma qrupunun tərbiyəçi- müəllimi Şəfəq Bəşirova Gülzar İbrahimovaya həsr etdiyi şeirini səsləndirdi.
Yazıçı Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə müəllifi olduğu yeni kitablarını hədiyyə etdi. O, Nizami Məmmədovun və Sevda Məmmədəliyevanın kitabxanalara hədiyyə etdiyi “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitablarını da təqdim etdi.

Tədbirə informasiya dəstəyini G.İbrahimovanın Fəxri oxucusu olduğu Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası göstərdi.

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər