BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

 

“Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi, həmrəyliyi  sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıq. Bu Qələbə, həmçinin xalqımızın yenilməzliyinin, məğrurluğunun, Vətənə, torpağa bağlılığının dünyaya təqdimatı oldu. Azərbaycan dövləti 30 ilə yaxın işğal dövründə ən yüksək tribunalardan bəyan etdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 44 gündə tarix yazan Azərbaycan Ordusu 28 il   icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin  icrasını təmin etdi, işğala son qoydu, ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya bəyan etdi. Bəyan edildi ki, Ermənistanda revanşist qüvvələr “dəmir yumruğun” yerində olduğunu unutmasınlar.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatda əksini tapan  öhdəliklər yerinə yetirilməlidir: “Belə ki, Azərbaycan hər bir öhdəliyi yerinə yetirmək üçün səylər göstərsə də Ermənistan onların icrasından yayınır, regionda  dayanıqlı sülhün  və təhlıükəsizliyin  təmin olunmasında əsas amil olan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına çalışır. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu bəyanatı səsləndirir ki, əgər biz 10 noyabr Bəyanatının  bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik”.   

Millət vəkili bildirib ki,  10 noyabr Bəyanatında yer alan müddəalardan biri Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Sənəddə  bildirilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir: “Amma reallıq budur ki, Ermənistan 10 noyabr Bəyanatına zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması  qəbuledilməzdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edir. Baxmayaraq ki, Ermənistan daim keçmişlə yaşayır, ölkəmiz yeni səhifəni açaraq gələcəyə baxır. Nə Azərbaycan  30 illik işğal dövrünün Azərbaycanıdır, nə də  dünya həmin dünyadır.  Dünyanın yeni xarici siyasəti formalaşıb, əksər dünya gücləri tarixi Zəfərimizin reallıqlarını qəbul edib və fəaliyyətlərini də bu istiqamətdə qururlar”.

“Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdikləri terror-təxribat əməllərinə cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə dəmir yumruğun yerində olduğunu nümayiş etdirdi” söyləyən Malik Həsənov onu da  vurğulayıb ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər bölmələrimizin nəzarətinə götürüldü. Ordumuzun  həyata keçirdiyi bu əməliyyat antiterror əməliyyatıdır,  regionda sülhün və təhlükəsizliyin təmin olunmasına  xidmət edir: “Ermənistan yenə də ənənəsinə uyğun olaraq özünə haqq qazandırmaq üçün Azərbaycanı 10 noyabr Bəyanatını pozmaqda ittiham edir. Ermənistan Xarici İşlər Nazirliyinin həqiqəti ört-basdır etmək cəhdlərindən irəli gələn bəyanatına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda  ölkəmizi  “aqressiv fəaliyyətdə” ittiham edən Ermənistan XİN-ə bir daha xatırladılır ki, hərbi birləşmələri 30 ilə yaxın qonşu dövlətin ərazilərinin işğalını həyata keçirən, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan məhz Ermənistandır. Azərbaycan isə öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir”.

Millət vəkili bundan sonra da  istənilən terror və təxribatın qarşısının  qətiyyətlə alınacağını bildirib: “Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi unutmamalıdır. Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın tam haqqı var ki, öz ərazisində suveren hüquqlarını təmin etsin. Bölgədə sülh və sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması  üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyidir. Dünya gücləri Ermənistanı 10 noyabr Bəyanatından irəli gələn  öhdəlikləri yerinə yetirməyə məcbur etməlidirlər.  30 illik  işğal dövründə  Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına laqeyd yanaşmanın,  ədalətin, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin nəyə gətirib çıxardığı unudulmamalıdır”.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər