BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Azərbaycan ilə Vyetnam arasındakı əlaqələrin inkişafı, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq və təhsil sahəsindəki uğurlar müzakirə olunub”

Bu gün Azərbaycanla Vyetnam arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bu potensialın inkişaf etdirilməsi üçün bir sıra sahələrdə real imkanlar var. Hər iki ölkə inkişaf etməkdə olan iqtisadiyyata malikdir və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlidir. Prezident İlham Əliyev 2025-ci il mayın 6-da “Vietnam News Agency” (VNA) agentliyinə müsahibsində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfərinin siyasi əhəmiyyətinə toxunub: “Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq. Cənab Lamın qarşıdakı səfəri onun Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində ilk səfəri olacaq. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.

Səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək.

Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq”.

Azərbaycan ilə Vyetnam arasındakı əlaqələrin inkişafı, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq və təhsil sahəsindəki uğurlar müzakirə olunub. Dövlət başçısı Azərbaycan və Vyetnamın dinamik və davamlı inkişaf edən ölkələr olduğunu vurğulayaraq, hər iki ölkənin neft və qaz sahəsindəki təcrübə və uğurlarına diqqət çəkib: “Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur”. Azərbaycan neft və qaz ixracatçısı kimi, enerji sahəsində Vyetnamla təcrübə və texnologiya mübadiləsi edə bilər. Hər iki ölkə kənd təsərrüfatı sahəsində təcrübəyə malikdir və kənd təsərrüfatı məhsullarının ixracı və texnologiyaların mübadiləsi sahəsində əməkdaşlıq mümkündür. Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayələrin təşviqi üçün hüquqi və iqtisadi bazanın təkmilləşdirilməsi mümkündür.

Tələbə mübadiləsi, mədəniyyət günləri, dil öyrənmə proqramları vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşma daha da güclənə bilər. Prezident İlham Əliyev müsahibəsində təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin və tələbə mübadiləsinin əhəmiyyətini vurğulayıb: “Həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlməsinə şad olacağıq. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər”.

Hər iki ölkənin turizm potensialı böyükdür və birgə turizm təşviqi layihələri iqtisadi və mədəni əlaqələri inkişaf etdirə bilər. Birbaşa uçuşların təşkili, qarşılıqlı turizm sərgiləri və tanıtım kampaniyaları turizm axınını artıra bilər. Prezident İlham Əliyevin müsahibədə dediyi kimi ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir: “Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir”.

Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi, qanunverici orqanlar arasında təcrübə və informasiya mübadiləsi münasibətlərin gücləndirilməsinə xidmət edir. Prezident Əliyev parlamentlərarası əməkdaşlığın inkişafının əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Azərbaycan və Vyetnam parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.

Dövlətimizin başçısı Azərbaycanın Vyetnamda səfirliyinin açılmasının əlaqələrin inkişafında mühüm addım olduğunu qeyd edib və yaxın gələcəkdə Vyetnamın Azərbaycanda səfirliyinin açılmasının əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirib. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi, Azərbaycan və Vyetnam arasındakı əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün mövcud potensialın və əməkdaşlıq imkanlarının əhəmiyyətini bir daha vurğulamışdır.

 

Paşa-zadə Kamal Çingiz oğlu: Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər