BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə yalnızca keçmişə deyil, ortaq gələcəyə də yönəlmiş siyasi iradələrini ortaya qoymuşdur

 2021-ci il 15 iyun tarixində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində tarixi əhəmiyyətə malik olan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu sənəd, Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini yeni – müttəfiqlik mərhələsinə yüksəltmişdir. Siyasi, hərbi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən bu bəyannamə, Cənubi Qafqazda və ümumilikdə Türk dünyasında geosiyasi reallıqları dəyişdirən mühüm sənəd hesab olunur. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Prezident İlham Əliyev Şuşa Bəyannaməsi haqqında demişdir: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Şuşa Bəyannaməsi, 2020-ci ilin payızında baş tutmuş və Azərbaycanın qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra imzalanmışdır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və Qarabağda yeni geosiyasi reallıqların yaranması fonunda bu sənəd imzalanmış və post-münaqişə dövrünün əsas strateji xəritələrindən biri olmuşdur.

 Şuşanın bəyannamənin imzalanma yeri kimi seçilməsi də rəmzi və tarixi məna daşıyır. Bu, təkcə Qarabağın azad olunmasının və qələbənin qeyd olunması deyil, həm də Türk dünyasının ortaq tarixi və mədəni dəyərlərinə hörmətin ifadəsidir. Bəyannamənin əsas müddəalarından biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsidir. Sənəddə qeyd olunur ki, tərəflər qarşılıqlı maraqlara əsaslanaraq bir-birlərinə hərbi yardım göstərə və müdafiə qabiliyyətini gücləndirə bilərlər. Bu, faktiki olaraq iki ölkənin hərbi müttəfiqliyini təsdiqləyir. Bu çərçivədə müdafiə sənayesi sahəsində texnoloji bilik və istehsal təcrübəsi paylaşılıb. Müntəzəm birgə hərbi təlimlər keçirilir. Terrorizm və transmilli təhlükələrə qarşı ortaq mübarizə aparılır. Hərbi qulluqçuların təhsili və təcrübə mübadiləsi aparılır. Bütün bunlar regionda yeni təhlükəsizlik balansı yaradaraq, Azərbaycan və Türkiyənin hərbi-siyasi çəkisini artırır, eyni zamanda qarşılıqlı müdafiə öhdəliklərini rəsmiləşdirib.

 Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması, nəqliyyat bağlantılarının genişləndirilməsi və Orta Dəhliz layihəsinin inkişaf etdirilməsi kimi mühüm məqsədlər öz əksini tapır. Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Zəngəzur dəhlizi – Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru bağlantı yaratmaqla yanaşı, Azərbaycan-Türkiyə əlaqələrini qitəmiqyaslı nəqliyyat və enerji arteriyalarına çevirə bilər. Bu layihə Çin-Mərkəzi Asiya-Qafqaz-Türkiyə-Avropa istiqamətində ticarət və logistika imkanlarını genişləndirir. Türkiyə və Azərbaycanın transkontinental körpü rolunu gücləndirir. Rusiyanın və İranın regional təsir imkanlarını balanslaşdırır.

 Azərbaycan və Türkiyə enerji sahəsində uzun illərdir əməkdaşlıq edir. TANAP, TAP kimi layihələr iki ölkənin enerji təhlükəsizliyində və Avropa bazarına çıxışında strateji ortaqlığını sübut edir. Şuşa Bəyannaməsi bu sahədə əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır.

 Bəyannamədə bərpa olunan enerji mənbələrinin inkişafı üçün birgə layihələr, iqtisadi sərmayə və işgüzar mühitin təşviqi, sərbəst ticarət rejimlərinin və gömrük güzəştlərinin genişləndirilməsi ilə də baölı müddəalar yer alıb. Bu, beynəlxalq investorlar üçün cəlbedici, sabit və inteqrasiya olunmuş iqtisadi zona yaradılmasına imkan verir.

 Bəyannamə yalnız strateji sahələrə deyil, həm də xalqlar arasında humanitar və mədəni əlaqələrin dərinləşməsinə xidmət edir. Xüsusilə ortaq mədəni irsin qorunması və təşviqi, təhsil sahəsində tələbə və müəllim mübadiləsi, gənclər təşkilatları və qeyri-hökumət strukturları arasında əməkdaşlıq təşviq edilir. Bu yanaşma, Türk dünyasının ideoloji və mənəvi birliyini gücləndirir, gələcək nəsillərin ortaq tarix və dəyərlər əsasında yetişdirilməsinə xidmət edir.

 Şuşa Bəyannaməsi, həm də Türk Dövlətləri Təşkilatının inteqrasiyası və gücləndirilməsi baxımından strateji önəm daşıyır. Azərbaycan və Türkiyə bu təşkilatın əsas lokomotiv dövlətləri kimi çıxış edir və bu sənəd vasitəsilə bütün türk dövlətləri üçün əməkdaşlıq modeli təklif olunur. Bu model suverenliyə hörmət əsasında ortaq maraqları müdafiə edir. Geosiyasi təhlükələrə qarşı ortaq reaksiya imkanları yaradır. İqtisadi və enerji resurslarını birgə şəkildə idarə etməyə zəmin yaradır.

 Şuşa Bəyannaməsi XXI əsrin ilk rübündə Azərbaycan və Türkiyə arasında imzalanmış ən əhəmiyyətli siyasi sənədlərdən biridir. Bu sənəd yalnız iki dövlət arasında münasibətlərin yeni – müttəfiqlik mərhələsinə keçdiyini təsdiqləmir, həm də regionda davamlı sülh, əməkdaşlıq və sabitlik üçün hüquqi və strateji əsaslar yaradır. Bəyannamə ilə Azərbaycan və Türkiyə yalnızca keçmişə deyil, ortaq gələcəyə də yönəlmiş siyasi iradələrini ortaya qoymuşdur. Bu sənəd, həm Cənubi Qafqazın, həm də Türk dünyasının gələcək geosiyasi və iqtisadi konturlarını formalaşdıran açar sənədlərdən biri kimi tarixə düşür.

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər