BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalacaq. Həm dostluq, həm də müttəfiqlik ruhunda keçən bu səfər ikitərəfli münasibətlərin strateji səviyyəsini bir daha təsdiqləyir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulsa da, son illərdə bu əlaqələr daha da dərinləşmiş və çoxşaxəli müstəviyə keçmişdir. Qarşılıqlı hörmət və etimad, siyasi dialoqun intensivliyi, tərəflərin milli maraqlarına qarşılıqlı həssas münasibət və beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən birgə mövqe bu münasibətləri daha da gücləndirir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Özbəkistan əməkdaşlığı həmrəyliyə, qardaşlığa və ümumi mədəni köklərə əsaslanan nümunəvi bir model kimi təqdim olunur. Hər iki ölkə başçılarının arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və əməkdaşlıq sənədlərinin imzalanması dövlətlərimiz arasında münasibətləri daha da gücləndirir.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əlıiyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də mətbuata  bəyanatında dedikləri iki ölkə arasında dostluq və qardaşlığı əks etdirən müttəfiqliyin bariz nümunəsinin necə olduğunu əyani surətdə göstərdi.

Azərbaycan Resoyblikasının Prezidenti İlham Əliyev  öz çıxışında bu günün Özbəkistan və Azərbaycan münasibətlərinin  tarixində  əlamətdar gün olduğunu qeyd edərək, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə həm ikitərəfli və həm də Dövlətlərarası Şuranın  iclası  çərçivəsində görüşlərdə ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini  geniş spektrini müzakirə etdiklərini,  münasibıtlərimizin  strateji, müttəfiqlik xarakter almasını bir daha təsdiq etdiklərini bildirdi. Bu da Azərbaycanla Özbəkistan arasında  tarixən  ortaq mədəniyyət, dil və etnik yaxınlığa əsaslanaraq formalaşan dostluq və qardaşlığın bu gün uğurla davam etdirilməsini sübut edir.  Prezidentimiz bu münasibətlərin bundan sonra da daha dərindən və əhatəli formada davam etdirilməsində  keçən il Daşkənddə Müttəfiqlik  münasibətləri haqqında   imzalanmış  Müqavilənin böyük rol oynadığını və bunun istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir.

Millət vəkili vurğulayıb ki, dövlətlərarası münasibətlərin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlıqdır. Səfər zamanı Prezident İlham Əliyev bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondunun artıq praktiki olaraq layihələrlə təmin olunduğunu qeyd edib. 500 milyon dollarlıq nizamnamə kapitalına malik bu fond çərçivəsində energetika, mehmanxana biznesi, tikinti və kənd təsərrüfatı sahələrində 10-dan çox layihə razılaşdırılıb. Həmin fond təkcə iqtisadi layihələrin həyata keçirilməsi baxımından deyil, həm də Azərbaycan və Özbəkistanın regional iqtisadi inteqrasiyada fəal iştirakını təmin edən strateji platforma kimi çıxış edir. Qarşılıqlı sərmayələr ölkələrin iqtisadiyyatında dayanıqlı inkişafa, məşğulluğun artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır. Prezident İlham Əliyev qeyd edib ki, həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq: “Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir”.

Həmçinin, hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və bu istiqamətdə uğurlu əməkdaşlıq edir.  Cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda bu barədə deyib: “Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır”.

Tamam Cəfərova işğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq işlərində də qardaş ölkə Özbəkistanın Azərbaycana dəstək göstərdiyini söyləyib: “Eyni zamanda Azərbaycan da Özbəkistanla əlaqələrin daha da möhkəmlənməsinə və strateji tərəfdaşlığın inkişaf etdirilməsini dəstəkləyir. Belə ki, Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq inşa edilən və özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəbdə öz əcdadlarının ata-baba yurduna qayıdan uşaqlar təhsil alır. Erməni işğalından azad olmuş ərazilərimizdə özbək qardaşlarımız tərəfindən həyata keçirilən ikinci böyük layihə isə Xankəndi şəhərində 200-dən çox insanın çalışdığı tikiş fabrikidir. Qeyd etmək lazımdır ki, Qarabağın bərpasına öz təşəbbüsü ilə köməklik göstərən birinci ölkə Özbəkistandır. Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Bu, iki ölkə arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir.

Bir daha vurğulamalıyıq ki, eyni soykökə malik Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi köklərə bağlılıq fonunda dövrün reallıqlarına uyğun olaraq inkişaf edir. Şübhəsiz ki, iki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər Türk dünyasının inkişafına mühüm töhfələr verəcəkdir.

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər