BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kurslarının keçirilməsi” layihəsinin icrasını davam etdirir.

Mustaqil.az xəbər verir ki, 16 iyul 2025-ci il tarixində Bakı şəhərinin Yasamal rayonu Bayırşəhər ərazisində yerləşən tarixi Zərgərpalan hamamında Layihə çərçivəsində təlim kurslarının həyata keçirilməsinə başlanılıb. Təlim kursları hər birində 15 iştirakçı olmaqla iki qrup üzrə təşkil olunub. İştirakçılar müvafiq qoruqların, muzeylərin, təhsil müəssisələrinin nümayəndələri və mədəni irsin qorunmasında digər maraqlı şəxslərdən ibarətdir. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan 8 günlük təlim kursları mədəni irsin qorunmasına həsr olunmuş 16 fərqli mövzunu əhatə edir.

Təlimin ilk günlərində “Mədəni İrs Ustad Məktəbi kursuna giriş” (Prof.Dr. Qafar Cəbiyev), “Zərgərpalan hamamı: beynəlxalq tədqiqat və konservasiya missiyası” (Prof.Dr. Luigi Scrinzi), “Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” (Məleykə Hüseynova), “Azərbaycanın tarix-mədəniyyət qoruqları” (Dos.Dr. Günel Seyidəhmədli), “Azərbaycanın qeyri-maddi mədəni irsi” (Prof.Dr. Şikar Qasımov) və “Muzeylər mədəni irsin keşiyində” (Dr. Nəzmin Cəfərova) mövzusunda dərslər keçirilib. Növbəti günlərdə “Mədəni irs abidələri üzərindəki epiqrafik tədqiqatlar”, “Dünya yaddaşı: əlyazma irsi”, “Tarixi-mədəni irsin rəqəmsallaşdırılması”, “Fövqəladə hallarda mədəni irsin qorunması”, “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti”, “Mədəni irs turizmi”, “Memarlıq abidələrinin bərpası və konservasiyası”, “Bərpa layihələrinin hazırlanması və uğurlu təcrübələr”, “Bərpa və konservasiyada materiallar” və “Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” mövzusunda təlimlər keçiriləcək.

Qeyd edək ki, Layihə “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsinə yönəlmişdir. Layihə çərçivəsində ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraq qrupları arasında mədəni irs sahəsində savadlılığın təşviq edilməsi nəzərdə tutulur. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanmış, həmçinin 4 təhsil müəssisəsinin şagird, tələbə və müəllim heyəti üçün müxtəlif mövzular üzrə seminarlar keçirilmişdir. Həmçinin Layihənin tədbirlər planına əsasən, tədris vəsaitinin nəşri və Kütləvi Açıq Onlayn Kursların (MOOC) təşkili nəzərdə tutulur.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər