
Siyasət
06.08.2022 / 08:56
Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı zorakılıq yolverilməzdir
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko rəsmi tviter səhifəsində Azərbaycanın London şəhərindəki səfirliyinə hücumla bağlı paylaşım edib.AZƏRTAC paylaşımı təqdim edir: “Dünən Azərbaycanın Londondakı səfirliyinə hücumdan dəhşətə gəldim. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı zorakılıq yolverilməzdir. Səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin sağ-salamat olması məni sevindirdi”.