BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

31 avqust tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Qızlar Bulağı” Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondunun təşkilatçılığı ilə icra olunan “Rəqəmsal Gələcəyin Qızları” layihəsi çərçivəsində hazırlanmış elektron resursun təqdimatı baş tutdu.

Təqdimat tədbiri gənclər, ictimaiyyət nümayəndələri, müəllimlər və valideynlərin iştirakı ilə reallaşdırıldı. Tədbirdə layihə barədə ətraflı məlumat verildi, görülən işlər və əldə olunan nəticələr ictimaiyyətlə paylaşıldı.

Layihənin koordinasiyasını həyata keçirən Siraclı Mirsirac iştirakçılara layihənin ideyası və məqsədləri haqqında danışaraq qeyd etdi ki, bu təşəbbüsün əsas hədəfi uşaq, yeniyetmə və gənc qızların rəqəmsal texnologiyalar sahəsində savadlılığını artırmaq, onların yeni biliklərə çıxışını təmin etməkdir. Texniki məsələləri icra edən Altun Hacıməmmədov isə layihə çərçivəsində hazırlanan elektron resursun funksionallığı, istifadəsi və faydaları barədə ətraflı təqdimat etdi.

“Rəqəmsal Gələcəyin Qızları” layihəsi qızların rəqəmsal bacarıqlarını gücləndirməklə yanaşı, onların təhlükəsiz onlayn mühitdə davranış qaydaları ilə tanış olmasına da şərait yaratdı. Layihə müddətində iştirakçılara internet resurslarından düzgün və məqsədyönlü istifadə, şəxsi məlumatların qorunması, rəqəmsal alətlər vasitəsilə təhsil və inkişaf imkanları barədə biliklər verildi.

Eyni zamanda, layihə gənc qızların texnologiya sahəsində öz potensiallarını kəşf etməsi, onların gələcəkdə İKT yönümlü peşələrə maraq göstərməsi üçün mühüm bir stimul oldu.

Tədbirin sonunda iştirakçılar layihənin təşkilatçılarına və ekspertlərinə öz suallarını ünvanladılar, fikir mübadiləsi aparıldı. İştirakçılar bu cür layihələrin davamlı olaraq həyata keçirilməsinin vacibliyini vurğuladılar və təşəbbüsü yüksək qiymətləndirdilər.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər