BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

27 Sentyabr Anım Günü ilə bağlı "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyi Bəyanat yayıb. Bəyanatda deyilir:

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin cəbhəboyu apardıqları təxribatına son qoymaq üçün genişmiqyaslı əks-hücum əməliyyatına başladı. 

Dünya hərb tarixinə düşən həmin əməliyyatdan düz 5 il ötür.

Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ildən çox bir vaxtda düşmən işğalında olan ərazilərimiz tam azad olundu.

27 Sentyabr - Anım Günü olaraq Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın əbədi olaraq tariximizdə qalacağı gündür.

Cəmi 44 gün çəkən Vətən müharibəsində qazanılan qələbə payında bütün Azərbaycan xalqı kimi, Azərbaycan dənizçilərinin də yeri var.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin, və digər dənizçilik şirkətlərində çalışan dənizçilərimiz bu günlərdə səfərbər oldular, silaha sarıldılar, onlarla dənizçimiz şəhid oldu, yüzlərlə dənizçi və dənizçi ailəsinin övladları müharibə iştirakçısı kimi, ləyaqətlə qazi titulunu daşıyır.  Doğma sulardan çox-çox uzaqlarda üzən vətənpərvər dənizçilərimiz mənən ordumuzun sıralarında oldu, maddi və mənəvi dəstəklərini əsigəmədilər.

Şəhidlərimizin hünəri və qanı bahasına yazılan bu zəfər tarixi haqq savaşımızda ədaləti təmin etdi. Cənubi Qafqazda hərbi və siyasi, eləcə də iqtisadi gücün  Azərbaycanın xeyrinə olduğunu nümayiş etdirdi, gələcək nəsillərə ərazi bütövlüyü tam təmin edilmiş bir Vətən əmanət olundu.

Dənizçilərə Sosial Dəstək İB-yi olaraq bütün Azərbaycan xalqı kimi, bu döyüşlərdə, tərəqqidə, inkişafda Azərbaycan dənizçisinin də imzasının olması ilə fəxr edirik. Biz İctimai Birlik olaraq bütün dövrlərdə dənizçi şəhidlərimizin, dənizçi döyüşçülərin şərəfli həyat yolunu öyrənməkdə, onların Azərbaycan tarixində göstərdikləri misilsiz qəhrəmanlıqları gələcək nəsillərə ötürülməsində, təbliğində qüvvələrimizi səfərbər edəcəyik.

Dənizçilərə Sosial Dəstək İctimai Birliyi Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin, dənizçi  şəhid ailələrinin üzvlərinə bundan sonra da müqəddəs əmanət kimi yanaşacaq, şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edəcək, onların ruhu qarşısında sayğı duruşu ilə baş əyəcək.


 

Faiq Balabəyli,

"Dənizçilərə Sosial Dəstək" İctimai Birliyinin İdarə heyətinin sədri, Dəniz Nəqliyyatı donanmasının gəmi kapitanı, şair-publisist, AYB üzvü

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər