BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Reallıq ondan ibarətdir ki, Ermənistan heç vaxt mahiyyətini dəyişməyəcək. 2020-ci ilin yayında artıq dövlət sərhədi boyunca intensiv hərbi təxribatlar törədən Ermənistan aydın nümayiş etdirdi ki, o, münaqişənin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil, əksinə, işğalçılıq siyasətini davam etdirməkdə israrlıdır. Azərbaycan tərəfi münaqişənin dinc yollarla aradan qaldırılması üçün səylər göstərməklə yanaşı bəyan edirdi ki, nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcək.AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu söyləyib.Deputatın sözlərinə görə, Prezident İlham Əliyev hər zaman səsləndirirdi ki, danışıqlar nəticə verməsə, biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənilər öz təxribatları ilə nümayiş etdirdilər ki, danışıqlar, sadəcə, görüntü xarakterlidir. Belə olan halda, 2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, ölkəmiz əks-hücum əməliyyatlarına başlayaraq qısa zamanda torpaqlarımızı işğaldan azad etdi və Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bununla, biz həm siyasi, həm də hərbi müstəvidə inamlı Qələbə qazanmış olduq.“Vətən müharibəsindən sonra da proseslər başqa formatda sanki təkrarlanmaqda idi. Belə ki, 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə Bəyanatın dördüncü maddəsinə uyğun olaraq, erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxmalı idilər. Bəyanatın digər maddələrinə münasibətdə olduğu kimi, Ermənistan tərəfi bu maddəyə laqeyd yanaşdı. Daha doğrusu, Ermənistan tərəfi növbəti dəfə nümayiş etdirdi ki, o, öz imzasına hörmət etmir. Bu da aydın göstərirdi ki, Ermənistan yekun sülh sazişinin imzalanmasından hər vasitə ilə yayınacaq. Onun bu günə qədər davranışları da məhz bunu sübut etdi”, - deyə E.Mirbəşiroğlu qeyd edib.

Deputat diqqətə çatdırıb ki, Birgə Bəyanatın şərtlərinə əməl etməyən Ermənistan bütövlükdə regional sülhə və təhlükəsizliyə real təhdid yaratmaqda davam edir. Azərbaycan Prezidenti Ermənistana dəfələrlə sərt xəbərdarlıq edərək, qanunsuz silahlı dəstəsinin Azərbaycanın ərazisindən çıxarılmasını tələb edib. Prezident sonuncu dəfə bildirdi ki, birgə bəyanatın da tələbinə uyğun olaraq, qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən çıxarılmazsa, və təxribatlar davam edərsə, onda Azərbaycan müvafiq formada öz təhlükəsizliyini təmin etmək üçün addımlar atacaq. Lakin Ermənistan əvvəlki təcavüzkar, təxribatçı və işğalçılıq mövqeyində qaldı. Son dövrlərdə Azərbaycanın Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələri intensiv olaraq Azərbaycan Ordusunun hərbi hissələrinə qarşı təxribatlar, terrorlar törədirdilər. Avqustun 3-də Laçın rayonu istiqamətində Azərbaycan Ordu bölmələrinin mövqelərinin erməni separatçıları tərəfindən intensiv atəşə tutulması nəticəsində müddətli hərbi xidmətdə olan əsgər Anar Kazımov şəhid oldu. Bununla da ermənilər Azərbaycan tərəfinə sərt antiterror tədbirləri həyata keçirməkdən başqa yol qoymadılar.

“Qisas əməliyyatı çərçivəsində düşmən sözün əsl mənasında növbəti ölümcül zərbə aldı. Bu ölümcül zərbə həm siyasi, həm də hərbi xarakterli kimi səciyyələndirilə bilər. Belə ki, antiterror əməliyyatı nəticəsində Laçın və Kəlbəcər istiqamətində strateji yüksəklik (Sarıbaba) Ordumuzun nəzarəti altına keçdi. Bundan başqa, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ istiqamətində davamında mühüm yüksəklikdə (Qırxqız) də mövqelərimiz təmin edildi. Bundan sonrakı mərhələdə sözsüz ki, erməni separatçılarının təxribatlar törətmək imkanları və həvəsləri əhəmiyyətli dərəcədə məhdudlaşmış olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfi digər məsələlərdə də imitasiyalarla məşğul idilər. Belə ki, Laçın dəhlizinə alternativ yolun yaradılması məsələsi də birgə bəyanatda ifadəsini tapmışdı. Azərbaycan tərəfi bu istiqamətdə özünə aid olan bütün işləri yerinə yetirsə də, Ermənistan tərəfi süni şəkildə prosesi əngəlləməklə məşğul idi. Bildiyimiz kimi, yeni yolun açılması Laçın şəhərinə tam çıxışımızı təmin edəcək. Yəni, şəhərdə və ətraf kəndlərdə nəzarəti Azərbaycan tərəfi həyata keçirəcək”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın yeni dəhlizin açılmasını əngəlləməkdə məqsədi məhz bunun qarşısını almaqdan ibarət idi. Azərbaycanın həyata keçirdiyi "Qisas" antiterror əməliyyatından sonra Ermənistanda reallıq hissləri güclənəcək. Yəni, Ermənistan imza atdığı sənəddəki müddəalara uyğun davranacaq. Artıq bunun əlamətləri görünməkdədir. Yayılan məlumatlara əsasən, Laçın dəhlizinə alternativ yolun açılması istiqamətində Ermənistan tərəfi artıq addımlar atmağa başlayıb. Bundan əlavə, Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsi üzərindən müxtəlif manipulyasiyalar etməyə çalışırdı. Birgə Bəyanatda aydın ifadə olunduğu halda, Zəngəzur dəhlizi ilə bağlı hər hansı bir razılaşmanın olmadığını bildirirdi. Halbuki, Birgə Bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi tam aydın ifadə olunub. Yenə də Azərbaycan tərəfi öz ərazisində bu dəhlizin açılması üçün bütün infrastruktur elementlərini yaradıb. Ermənistan tərəfi isə, digər məsələlərdə olduğu kimi, bu məsələdə də yalnızca manipulyasiyalarla məşğul idi. Qisas əməliyyatı hesab edirəm ki, bu məsələdə də Ermənistanı realist davranmağa məcbur edəcək. Artıq bunun da baş verdiyini görməkdəyik. Belə ki, avqustun 4-də Ermənistan baş naziri N. Paşinyan nazirlər kabinetinin iclasında bildirdi ki, ölkəsi Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır. Əslində, baş verənlər Azərbaycan tərəfindən reallaşdırılan düşməni sülhə məcburetmə strategiyası adlandırıla bilər.

“Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə nümayiş etdirdi ki, səsləndirdiyi fikirlərdə, atdığı addımlarda tam əmindir. Belə ki, Ermənistanın hər vasitə ilə əngəlləməyə çalışdığı istər Zəngəzur, istərsə də yeni Laçın dəhlizinin yaradılması üçün Azərbaycan vaxt itirmədən lazım olan bütün işləri həyata keçirmişdi. Yəni, Azərbaycan Prezidenti əmin idi ki, Ermənistanı da analoji addımlar atmağa məcbur edəcək. Bu mənada, hesab edirəm ki, Qisas əməliyyatı taktiki baxımdan da, olduqca təsirli oldu. Bütün bunlarla, yanaşı, təbii ki, Azərbaycan tərəfi Ermənistana və ərazimizdəki erməni separatçılarına sərt əyani dərs verdi və xəbərdarlıq etdi. Azərbaycan əsgərinin qanına bais olan çox sərt cəzalandırılır. Düşünürəm ki, məhz bu məqam da ermənilərin alt şüurunda özünə möhkəm yer edəcək. Fikirlərimizi ümumiləşdirərək, qeyd edə bilərik ki, “Qisas” əməliyyatı bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı və dönməz şəkildə təmin olunmasını şərtləndirəcək”, - deyə Elşad Mirbəşiroğlu fikirlərini yekunlaşdırıb.

 

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər