BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Özbəkistanın Xarəzm vilayətinin qədim Xivə şəhərində “Arda Xivə” turizm kompleksində “Xalçaların parıltısı” adlı birinci beynəlxalq sərgi-festivalı keçirilib.
Sərgidə Özbəkistanın müxtəlif bölgələrindən, həmçinin Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstandan gələn sənətkarlar, alim və incəsənət xadimləri, mühəndislər, dizaynerlər, sahibkarlarla yanaşı, Xarəzm vilayətinin minlərlə sakini və qonaqları iştirak ediblər.

Sərgidə ölkəmizi Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və bu qurumun təşəbbüsü ilə Bakıdan gələn xalçaçı rəssam, miniatür ustası Ağasadıq Süleymanov təmsil edib.

Sərgi-festivalın birinci günü keçirilən mətbuat konfransında respublika “Hunərmənd” Assosiasiyasının sədri Rəsuljon Mirzəhmədov, Xarəzm vilayəti hakiminin müavini Botir Səidov və digər çıxışçılar ilk dəfə keçirilən xalça festivalının məqsədi, əhəmiyyəti və beynəlxalq əməkdaşlığın perspektivlərindən danışıblar.
Botir Səidov bildirib ki, hazırda Xarəzm vilayətində 500-dən çox sənətkar xalçaçılıqla məşğuldur və onların toxuduğu xalçalara təkcə Özbəkistanda deyil, dünyanın müxtəlif ölkələrində böyük maraq göstərilir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli öz çıxışında qeyd edib ki, xalça Azərbaycan xalqının minillik mədəni irsinin, milli sənətinin və estetik dünyagörüşünün ayrılmaz hissəsidir. O vurğulayıb ki, Azərbaycan xalça sənəti yalnız məişət və bədii sənət növü kimi deyil, həm də xalqın ruhunu, tarixi yaddaşını, mənəvi dəyərlərini və bədii zövqünü ifadə edən mühüm mədəni fenomen kimi dünya miqyasında tanınır. Direktor əlavə edib ki, xalçaçılıq sənəti bu gün xalqlar arasında mədəni dialoqun və dostluğun güclənməsinə xidmət edir, belə beynəlxalq tədbirlər isə xalça ənənələrinin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sonra beynəlxalq sərgi-festival çərçivəsində milli xalçaçılıq sənətinə həsr olunmuş nadir sərgi açılıb.

Sərginin Azərbaycan guşəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təqdim etdiyi Qarabağ, Naxçıvan, Gəncə, Quba, İrəvan, Təbriz, Borçalı, Dərbənd və digər bölgələrimizə aid xalça nümunələri, həmçinin Azərbaycan xalça sənətinə dair albomlar nümayiş olunub. Ağasadıq Süleymanov öz kiçik dəzgahında xalçaların toxunmasını əyani şəkildə təqdim edib.

Ümumiyyətlə, Azərbaycan guşəsi və sənətkarın xalça toxuma üzrə ustad dərsi festival iştirakçılarının böyük marağına səbəb olub.

Sərgi-festival çərçivəsində “Özbəkistan xalçaçılığı: Ənənə və innovasiya” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans da keçirilib. Konfransda Ağasadıq Süleymanovun “Azərbaycan xalça sənətinin tarixi” adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Festivalın yekun tədbirində müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.
Azərbaycandan gələn xalçaçı rəssam Ağasadıq Süleymanov “Gənc xalçaçı rəssam” nominasiyasında birinci mükafata layiq görülüb, ona sertifikat və hədiyyələr təqdim olunub.

Sərgi-festivalda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iştirakı isə xüsusi qiymətləndirilib. Mədəniyyət Mərkəzi xalça sənətinin zəngin ənənələrini, milli üslubun bədii dərinliyini və Azərbaycan xalçalarının estetik gözəlliyini peşəkar şəkildə təqdim etdiyi üçün təşkilatçılar tərəfindən fərqlənmə diplomu ilə təltif olunub. Qeyd olunub ki, Azərbaycan guşəsi ziyarətçilər arasında ən çox maraq doğuran ekspozisiyalardan biri olub, xalçaların orijinallığı və yüksək sənətkarlıq səviyyəsi sərginin bədii ovqatına xüsusi rəng qatıb.

  image-whatsapp-image-2025-10-20-at-14-44-52_630749dfimage-whatsapp-image-2025-10-20-at-14-44-52_710ce94a

image-whatsapp-image-2025-10-20-at-14-44-52_c8c518edimage-whatsapp-image-2025-10-20-at-14-44-52_36a63d06

image-whatsapp-image-2025-10-20-at-14-44-52_eeae20cd image-whatsapp-image-2025-10-20-at-14-44-53_5bdf2b52

image-whatsapp-image-2025-10-20-at-14-44-53_5ebc8e0d image-whatsapp-image-2025-10-20-at-14-44-53_dcd028ab

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər