BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
 

Beynəlxalq Muğam Mərkəzində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə tanınmış muğam ifaçısı, sevilən xanəndə, müəllim Maya Cəbrayılovanın “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfər Gününə həsr olunmuş “Yaşa, Azərbaycan!” yubiley-hesabat konserti təşkil olundu.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Alıyeva qonaqları salamlayaraq onları Zəfər Bayramı münasibəti ilə təbrik etdi.

Tədbirin əvvəlində Qarabağ müharibələri şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədovanın təqdimatı ilə tamaşaçılara gözəl muğam ifaları təqdim edildi. M.Cəbrayılova tamaşaçılar və şəhərimizin qonaqları üçün muğam, xalq və bəstəkar mahnıları ifa etdi. Xanəndənin bir-birini tamamlayan gözəl ifaları və məlahətli səsi alqışlarla qarşılandı.

Əməkdar müəllim, muğam ustası Qəzənfər Abbasov tamaşaçıları salamlayaraq xanəndəni muğam ifası ilə təbrik etdi.

Konsertin sonunda səsində muğama dərin hörmətin ifadəsi olan xanəndəyə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Mahmud Kaşqari adına Beynəlxalq Fondun, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti”nin, “Təzadlar” qəzeti və saytının, “Carçı” jurnalının, “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin, Yasamal rayon MKS-nin və digər qurumların Fəxri fərman və diplomları təqdim edildi.

Bayram konsertinin iştirakçılarına Zəfər və xanəndə M.Cəbrayılovanın səhnə fəaliyyəti haqqında videoçarxlar təqdim edildi.

Tamaşaçılar Zəfərimizi əks etdirən rəsm sərgisi ilə tanış oldular.

Xeyriyyə konsertində xanəndənin sənət dostları, muğamsevərlər, şəhid ailələri, qazi, veteran və Qarabağ müharibələri iştirakçıları, Azərbaycanda akreditə olunmuş diplomatik nümayəndəliklər, ziyalılar, şair və yazıçılar, media nümayəndələri və xanəndənin ailə üzvləri iştirak etdilər.

 

 

 

 

 

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər