BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2025-ci ilin 12 noyabr tarixində Prezident cənab İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul etməsi ölkəmizdə idarəetmə sisteminin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Prezidentin çıxışında səsləndirilən fikirlər dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət, vətəndaşlara xidmət və sosial ədalət prinsiplərinin daha da gücləndirilməsinə yönəlmiş mühüm strateji mesajlar idi.

Azərbaycan Prezidenti bir daha vurğuladı ki, dövlət məmurlarının başlıca vəzifəsi xalqa xidmət etməkdir. Bu, dövlət idarəçiliyinin mahiyyətini və dövlət qulluqçularının əsas məsuliyyətini müəyyən edən prinsipial yanaşmadır.

Prezident cənab İlham Əliyev qeyd etdi ki, rəhbər vəzifə daşıyan hər bir şəxs öz fəaliyyətində xalqla bir yerdə olmalı, xalqın maraqlarına xidmət etməlidir. Rəhbərliyin təməl prinsipi vətəndaşa yaxınlıq və səmimiyyət üzərində qurulmalıdır. Dövlət başçısı bildirdi ki, məmur təvazökar olmalı, cəmiyyətdə özünü ədəb və məsuliyyətlə aparmalıdır. Bu yanaşma dövlət idarəçiliyində etik davranışın və şəxsi nümunənin vacibliyini göstərir. Prezidentin sözlərinə görə, bəzi hallarda məmurların təkəbbürlü davranışı, cəmiyyətdən uzaqlaşması, yaxud korrupsiya halları dövlət siyasətinə kölgə salır. Ona görə də dövlət başçısı açıq şəkildə bəyan etdi ki, heç bir qanunsuzluq və korrupsiya halı cəzasız qalmayacaq.

Bu mövqe Azərbaycan Respublikasında şəffaf və hesabatlı idarəçiliyin təmin edilməsinə, ictimai etimadın gücləndirilməsinə yönəlmiş ardıcıl siyasi iradənin bariz təzahürüdür. Prezident cənab İlham Əliyev çıxışında son illərdə ölkə boyu həyata keçirilmiş genişmiqyaslı infrastruktur layihələrinə də toxundu. Bildirildi ki, regionlarda elektrik enerjisi, yollar, su təchizatı və sosial infrastruktur sahələrində köklü dönüş baş vermişdir. Bu gün Azərbaycanın bütün bölgələrində müasir yollar çəkilmiş, kənd yollarının böyük hissəsi təmir olunmuş, içməli su layihələri icra edilmişdir. Yeni su anbarlarının və kanalların tikintisi nəticəsində kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaranmışdır. Dövlət başçısı vurğuladı ki, regionların sosial-iqtisadi inkişafı proqramları ölkənin bütün bölgələrində insanların rifahını artırmaq məqsədilə ardıcıl şəkildə həyata keçirilir. Təhsil, səhiyyə, idman və sosial obyektlərin tikintisi dövlətin vətəndaş rifahına yönəlmiş siyasətinin praktiki göstəricisidir.

Prezident cənab İlham Əliyev çıxışında sosial ədalət prinsipinin idarəetmənin əsas dayaqlarından biri olduğunu xüsusi vurğuladı. Onun sözlərinə görə, hər bir vətəndaş — yaşadığı bölgədən, sosial vəziyyətindən və ya tutduğu mövqedən asılı olmayaraq — ədalətin mövcudluğunu hiss etməlidir. Bu yanaşma dövlət siyasətinin humanist mahiyyətini və sosial yönümünü bir daha ön plana çıxarır. Prezidentin vurğuladığı kimi, keçmişdə bəzi icra orqanlarında mövcud olmuş neqativ hallar artıq aradan qaldırılıb, idarəetmədə şəffaflıq təmin olunub.

Mərkəzi və yerli səviyyədə aparılan kadr islahatları nəticəsində dövlət aparatında sağlamlaşdırma prosesi həyata keçirilib. Yeni təyinatlar da bu istiqamətin davamı kimi dəyərləndirilir. Dövlət başçısı bildirdi ki, artıq heç bir məmur qanunsuz tapşırıq və göstəriş almır, çünki belə hallar sistemli şəkildə aradan qaldırılmışdır.

Prezident cənab İlham Əliyev çıxışında qeyd etdi ki, bölgələrdə işsizlik səviyyəsinin azaldılması və yerli istehsalın gücləndirilməsi dövlətin əsas iqtisadi prioritetlərindən biridir. Dövlət tərəfindən özünüməşğulluq proqramı, güzəştli kreditlər və sahibkarlığa dəstək mexanizmləri uğurla icra olunur.

Bu siyasətin məqsədi regionlarda yeni iş yerlərinin açılması, əhalinin iqtisadi fəallığının artırılması və paytaxt mərkəzli miqrasiyanın qarşısının alınmasıdır. Prezident xüsusilə kənd təsərrüfatı və turizmin inkişafını bölgələrin iqtisadi dirçəlişində aparıcı amillər kimi göstərdi. Dövlət başçısı ekoloji məsələlərə də xüsusi diqqət yetirdi. O, vurğuladı ki, Azərbaycanın bölgələrində ekoloji vəziyyət sabitdir, lakin ətraf mühitin qorunması və təbii resursların səmərəli istifadəsi daim diqqət mərkəzində olmalıdır.

Prezident Bakı və Sumqayıtın keçmişdə ekoloji problemlərlə üzləşdiyini, lakin bu sahədə köklü dəyişikliklərə nail olunduğunu qeyd etdi. “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi ölkəmizin ekoloji və şəhərsalma siyasətinin uğurunu simvolizə edir. Bölgələrdə ekoloji tarazlığın qorunması üçün qanunsuz tikintilərin, çay məcralarının dəyişdirilməsinin və təbii sərvətlərin məqsədsiz istifadəsinin qarşısının alınması vacib məsələ kimi vurğulanmışdır.

Prezident cənab İlham Əliyev yeni təyin olunan məmurlara müraciət edərək bildirdi ki, onların üzərinə düşən əsas vəzifə dövlətə və xalqa sədaqətlə xidmət etməkdir. Dövlət başçısı hər bir məmurun fəaliyyətinə şəxsən nəzarət edəcəyini və etimadın doğruldulmasının əsas meyar olduğunu bəyan etdi. Bu çıxış, əslində, Azərbaycanda yeni nəsil idarəetmə fəlsəfəsinin formalaşmasının göstəricisidir. Bu fəlsəfənin mərkəzində xalqın rifahı, dövlətin inkişafı, sosial ədalət və şəffaflıq prinsipləri dayanır.

Prezident cənab İlham Əliyevin Naxçıvanda keçirdiyi qəbul və bu zaman səsləndirdiyi fikirlər ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji baxışın ifadəsidir. Dövlət başçısının çıxışında əsas xətt – xalqa xidmət, ədalət, şəffaflıq və məsuliyyət prinsiplərinin möhkəmləndirilməsidir. Bu prinsiplər əsasında formalaşan yeni idarəetmə modeli Azərbaycanın bütün bölgələrində dayanıqlı sosial-iqtisadi inkişafı təmin edir.

Yeni təyin olunan rəhbərlərin üzərinə düşən vəzifə bu etimadı doğrultmaq, Prezidentin siyasətini layiqincə həyata keçirmək və xalqın etimadını qazanmaqdır.

Həmid MEHDİYEV,

Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər