BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

"2025-ci il vətəndaş cəmiyyəti üçün bir qədər ziddiyyətli, lakin formalaşdırıcı bir il oldu".

Bu sözləri “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu il vətəndaş cəmiyyətinin daha geniş formatda görüşləri keçirildi, QHT-lər üçün daha geniş imkanlar yaradıldı. Bunu xüsusilə son aylarda təşkil olunan tədbirlərdə aydın şəkildə görmək olar:

"İstər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xarici səfərlər çərçivəsində keçirdiyi görüşlər, istərsə də 2025-ci ilin may ayında Agentliyin icraçı direktorunun Nyu-Yorkda təşkil etdiyi uğurlu görüşlər buna nümunədir. Bundan başqa, 2025-ci ildə ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının toplantıları Bakı və Naxçıvan şəhərlərində keçirildi və Türk Dövlətləri Təşkilatının QHT Platforması yaradıldı. Bu hadisə 2025-ci ilin ən böyük uğurlarından biri hesab olunur. Necə ki, 2024-cü ildə vətəndaş cəmiyyətinin Azərbaycanda ilk dəfə keçirilən COP29-da uğurlu iştirakı həmin ilin ən mühüm nailiyyətlərindən biri sayılırdısa, 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Forumunun Azərbaycanda keçirilməsi və platformanın yaradılması da eyni dərəcədə böyük uğur idi".

QHT sədri hesab edir ki, ildən-ilə yeniləşən vətəndaş cəmiyyətinin formalaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi, yeni layihələrin həyata keçirilməsi, eləcə də 2025-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinə verilən yüksək qiymət bu sahədə şəffaflığın və dinamikanın artmasına gətirib çıxaracaqdır:

"Təbii ki, nöqsanlar və müəyyən çətinliklər mövcuddur. Lakin bunlara baxmayaraq, dövlətimizin vətəndaş cəmiyyətinə göstərdiyi qayğı, açdığı imkanlar gələcəkdə daha şəffaf fəaliyyət göstərməyə və ölkəmiz naminə yeni uğurlara imza atmağa zəmin yaradır. Artıq vətəndaş cəmiyyətimizin nümayəndələri beynəlxalq təşkilatlarda və beynəlxalq arenalarda fəal iştirak edirlər. 2025-ci ilin may ayında 28 May – Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yaşayan yüzə yaxın soydaşımızın iştirakı ilə möhtəşəm tədbir keçirdik. Hesab edirəm ki, bu cür tədbirlər nə qədər çox təşkil olunsa, ölkə xaricində fəaliyyətimiz nə qədər genişlənsə, Azərbaycanın uğurları da bir o qədər artacaq və gələcək inkişafına mühüm töhfələr verəcəkdir".

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər