BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin yeni dövrdəki strateji hədəflərini müəyyən edən fundamental bir siyasi proqram xarakteri daşıyır. Dövlətimizin başçısının ötən il baş verən əsas hadisələr, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulması, Zəngəzur dəhlizinin işə salınması, artıq sülh şəraitində yaşamağımız və digər qlobal məsələlər barəsində fikirləri böyük maraqla qarşılanmışdır.
Bu tarixi müsahibə, sadəcə, keçən ilin hesabatı deyil, həm də qalib bir dövlətin dünyaya təqdim etdiyi sabitlik manifestidir. Məhz buna görə də dövlətimizin başçısının hər bir fikri analitik dərinliyi və milli mənafelərə söykənən qətiyyəti ilə seçilir.
Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin mərkəzində dayanan güclü dövlət konsepti müsahibədə özünün ən kamil ifadəsini tapdı. Dövlətimizin başçısının iqtisadi suverenliklə bağlı gətirdiyi arqumentlər Azərbaycanın maliyyə müstəqilliyinin hər hansı kənar təzyiq vasitəsini sıfra endirdiyini bir daha sübut etdi. Yəni, dövlət başçımız xüsusilə beynəlxalq maliyyə reytinqlərindəki yüksəlişi və qızıl ehtiyatlarının artırılmasını strateji bir zireh kimi xarakterizə etdi.
Ötən ilin yadda qalan prioritet məsələlərindən birinin də Azərbaycan-Amerika münasibətlərində irəliyə doğru atılan qətiyyətli addımın olduğunu vurğulamaq istəyirəm. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ABŞ-Azərbaycan əlaqələrinin üzərində qara bulud kimi 907-ci düzəliş fırlanırdı. Nəhayət 907-ci düzəliş 33 ildən sonra ötən il ləğv olundu. Azərbaycan dövlətinin, onun lideri İlham Əliyevin düzgün müəyyənləşdirdiyi xarici siyasət sayəsində Amerika-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil xarici siyasətinin əsas tərkib hissələri olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında mühüm uğurlara imza atıldı. Xarici siyasətlə bağlı digər önəmli nailiyyət ölkəmizin Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsidir. Bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Eyni zamanda böyük əhəmiyyət daşıyan hadisələrdən biri də Çinlə olan strateji tərəfdaşlığımızdır. Çin ilə əmtəə dövriyyəsi 4 milyard dolları keçib.
Ordu quruculuğu məsələsində səsləndirilən fikirlər dövlətimizin hərbi qüdrətinin kəmiyyət və keyfiyyət baxımından çatdığı zirvəni göstərir. Yerli müdafiə sənayesinin ixrac potensialının yüksəlməsi regionda sülhün ən böyük təminatçısının məhz Azərbaycan Ordusu olduğunu təsdiqləyir.
İşğaldan azad edilmiş ərazilərdəki bərpa prosesini Böyük Qayıdışın növbəti mərhələsi kimi təqdim edən dövlətimizin başçısı Qarabağın dünyanın ən modern bölgələrindən birinə çevriləcəyinə dair güclü iradənin olduğunu nümayiş etdirib. Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin strateji əhəmiyyəti barədə verilən analitik şərhlər Azərbaycanın qlobal logistik qovşaq statusunu möhkəmləndirir. Prezident İlham Əliyev vurğuladı ki, bizim iştirakımız olmadan regionda heç bir strateji layihə reallaşa bilməz.
Müsahibədə sosial ədalət prinsiplərinə və vətəndaş rifahına ayrılan xüsusi yer xalq-iqtidar birliyinin nə qədər səmimi təməllər üzərində qurulduğunun bariz nümunəsidir. Milli-mənəvi dəyərlərin, xüsusilə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışlar liderin öz xalqının tarixinə və kimliyinə olan dərin bağlılığının təzahürüdür.
Dövlətimizin başçısının qlobal iqlim dəyişikliyi və COP29 sonrası Azərbaycanın yaşıl enerji strategiyası haqqındakı vizyonu ölkəmizin gələcək texnologiyalar dövrünə tam hazır olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan neft amilindən asılılığı minimuma endirərək intellektual resurslara əsaslanan yeni iqtisadi modelə uğurla keçid edir.
Bir sözlə qeyd etmək istəyirəmki, müsahibənin hər bir cümləsi ölkəmizin güclü liderlik, aydın məqsədlər və milli maraqlara əsaslanan siyasət sayəsində inamla irəlilədiyini sübut edir. Bu müsahibə modern Azərbaycanın dövlətçilik tarixinin ən parlaq və ən mühüm sənədlərindən biri kimi yaddaşlara həkk olundu.


Nizami NOVRUZOV, texnika üzrə fəlsəfə doktoru

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər