BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Azərbaycanda əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas prioritetdir. Bu istiqamətdə artıq bir neçə ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurlu işlər həyata keçirilir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza bildirib.O deyib ki, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi dövlətin apardığı sosial siyasətin başlıca istiqamətidir: “Bu baxımdan əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, Prezidentin fərman və sərəncamları, beynəlxalq öhdəliklər bir sıra islahatların keçirilməsi zərurətini yaratmışdır. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi də Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə növbəti diqqət və qayğısının təzahürüdür. Bekə ki, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir. Göstərilən bu diqqət müharibə əlillərinin sosial rifahının yaxşılaşdırılması üçün atılan addımlardan biridir”.Asif Əsgərlinin fikrincə, Azərbaycanda mövcud sosial müdafiə sistemi bazar iqtisadiyyatının sosial -iqtisadi mühitinə uyğunlaşdırılıb: “Avropa təcrübəsinə əsaslanan islahatın aparılması dövlətin sosial siyasətinin strateji xətti kimi müəyyənləşdirilib. Bu gün Azərbaycan inkişaf edir. Növbəti illərdə dövlətimizin büdcə artımı gözləniləndir. Nəticədə ölkəmizin aztəminatlı təbəqəsinə dövlət qayğısı ilbəil artır. Artıq bu bir həqiqətdir ki, dövlət bütün aztəminatlı ailələrin, o cümlədədn müharibə veteranları və şəhid ailələrinin əsas dayağıdır. Və buna görədir ki, aztəminatlı əhalinin sosial müdafiəsi ildən-ilə gücləndirilir. Xüsusən Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə daha çox diqqət göstərilir”.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər