BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Başqa seçim yoxdur. 30 illik işğal nəticəsində demək olar ki, tamamilə dağıdılmış Qarabağın azad edilməsindən sonra barışıq və davamlı sülhün bərqərar olmasının zamanıdır. Xüsusilə enerji təchizatı baxımından çox vacib olan regionun balansı bundan asılıdır. Təəssüf ki, 30 ildir ki, Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər Ermənistanın ekspansionist iradəsi ilə üzləşib. Ermənistanın danışıqlardan imtina etməsi 2020-ci il müharibəsinə gətirib çıxardı. Bu gün bütün məsələlər həll olunmasa da, sülhün və ikitərəfli əməkdaşlığın yeni mərhələsinə yol açıqdır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Fransanın “musulmansenfrance.fr” portalının direktoru, jurnalist Jan-Mişel Brənə müsahibəsində deyib.L. Abdullayeva müsahibəsində İkinci Qarabağ müharibəsi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ikitərəfli iradənin vacibliyindən, 30 illik işğal müddətində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin viran edilməsindən danışıb.Bildirib ki, Azərbaycan iki ölkə arasındakı mübahisənin işğal faktı olduğunu dəfələrlə təkrarlayıb və 2020-ci il müharibəsi ilə işğala son qoyulub və Azərbaycan Ermənistanla münasibətlərini normallaşdırmağa hazırdır. Məhz buna görə də Azərbaycan Prezidenti ilk sülh təklifi ilə çıxış edib. Ancaq sülh üçün hər iki tərəfin siyasi iradəsi vacibdir. Azərbaycan Ermənistana uzatdığı dostluq və sülh əli ilə, eləcə də sülh sazişi təqdimatı və təşəbbüsləri ilə siyasi iradəyə malik olduğunu nümayiş etdirdi.

L. Abdullayeva iki ölkənin yüksək rəsmilərinin görüşündən, aparılan danışıqlardan, sərhədlərin delimitasiyası üçün hər iki ölkənin iştirak etdiyi komissiyanın yaradılmasından danışıb. Qeyd edib ki, Ermənistan son 30 ildə danışıqlar aparmaq niyyətində olsa idi, İkinci Qarabağ müharibəsinə ehtiyac olmazdı.Artıq konkret addımlar atmaq lazımdır. Davamlı sülhü bərqərar etmək istəyiriksə, indi əsl vaxtdır. 30 ildən sonra davamlı sülh üçün real fürsətdir. Ermənistanın götürdüyü öhdəliklərə riayət etməsi vacibdir. Xüsusilə də, Ermənistan 2020-ci il atəşkəs razılaşmasında bütün hərbçilərini Azərbaycan ərazisindən çıxarmaqla bağlı götürdüyü öhdəliyə riayət etməlidir.Regionun inkişafı üçün kommunikasiyaların bərpasının vacibliyini vurğulayan L. Abdullayeva Azərbaycan tərəfinin avtomobil və dəmir yollarının yenidən qurulması istiqamətində apardığı işlərdən söz açıb. Bu infrastrukturların 2023-cü ildə başa çatacağını qeyd edib.İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın konkret tədbirlər gördüyünü vurğulayaraq, Ermənistanın da konkret tədbirlər görməli və real siyasi iradə nümayiş etdirməli olduğunu bildirib.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər