BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 22-də - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.Bildirilib ki, 5-ci sərhəd zastavası 1932-ci ildən fəaliyyət göstərir və xidmət sahəsi 9 kilometrdir. Yeni xidmət və yaşayış kompleksinin inşasına 2021-ci ilin sentyabr ayında başlanılıb. İkimərtəbəli qərargah binasında əsgərlər üçün 40, subay zabitlər üçün 8 yerlik yataqxana, sinif, silah, rabitə və 3 iş otağı, 28 yerlik yeməkxana, ərzaq və tərəvəz anbarları, qurutma otağı və sığınacaq yerləşir. Ərazidəki yardımçı binada camaşırxana, mərkəzi qazanxana, 2 avtomobil saxlancı, əşya, yanacaq-sürtkü materialları və silah anbarları vardır.Zastavada 12 sabit və 3 idarəolunan kameralı video-müşahidə sistemi, İP telefon, müşahidə qülləsində 2 ədəd 1000 metr radiuslu projektor, xidməti ərazidə 9000 metr məsafədə mühəndis-texniki çəpər və işarəverici qurğu quraşdırılıb, sərhəd yolları yenidən çəkilib və çınqıl örtüyü ilə bərkidilib. 4 müşahidə qülləsi, 1 isinmə məntəqəsi və 2 körpü əsaslı təmir olunub.Ali Məclisin Sədri sərhədçi ailələrini yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara rahat həyat arzulayıb.Sərhədçi ailələri adından minnətdarlıq edən Əminə Əhmədova deyib: “Sərhədçi ailələrinə göstərilən yüksək qayğı sayəsində ailə-məişət şəraitimiz xeyli yaxşılaşdırılıb. Bu gün yeni yaşayış binası istifadəmizə verilir. Görülən işlər, yaradılan şərait rahat yaşayışımızı təmin edir”.Ali Məclisin Sədri sərhədçi uşaqlarına hədiyyələr təqdim edib, onlardan Xavər Həsənli ulu öndər Heydər Əliyevə həsr olunmuş şeir söyləyib.

Ali Məclisin Sədri mənzillərdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş 2 mərtəbəli yaşayış binası hər biri 2 otaqlı olmaqla, 8 mənzildən ibarətdir. Mənzillər mebel dəstləri, televizor, soyuducu, paltaryuyan və mərkəzləşmiş istilik sistemi ilə təmin olunub. Mənzillə təmin olunan ailələrə meyvə, tərəvəz və ərzaq payları verilib.

Sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümü və 5-ci sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə diviziyanın şəxsi heyətini və sərhədçi ailələrini təbrik edib, gələcək xidmətdə uğurlar arzulayıb.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev diviziyanın yaradılmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsində iştirak etdiyinə görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, göstərilən qayğıdan və yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da muxtar respublikada sərhədlərimizin etibarlı mühafizəsini təmin edəcəklərinə söz verib.

Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

Əsgər Təbriz Fərəcli minnətdarlıq edərək deyib: “Yaradılan şəraitin qarşılığında biz də Vətən sərhədlərini göz bəbəyimiz kimi qoruyacaq, qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcək, xidmətimizlə göstərilən etimadı doğruldacağıq”.

Ali Məclisin Sədri sərhədçilərlə xatirə şəkli çəkdirib, onlarla səmimi söhbət edib.

Zastavada sıra meydanı, voleybol və futbol meydançası, idman və ləpirçilik şəhərciyi, atəş, mühəndis hazırlığı, xidməti heyvanların təlim yeri, tək əsgərin nəzarət zolağı olan təlim şəhərciyi yaradılıb. Həmçinin burada yeraltı sığınacaq və müdafiə səngərləri, istirahət və uşaq əyləncə yerləri, nəzarət-buraxılış məntəqəsi, avtomobillərin yuyulması yeri, helikopter meydançası, 63 kilovatlıq transformator və 30 kilovatlıq elektrik generatoru qurulub. 6 hektar ərazidə abadlıq işləri aparılıb, 2 subartezian quyusu qazılaraq 3 nasos quraşdırılıb, 2,5 hektar sahədə yaşıllıq salınıb.

Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili, ərazidə meyvə ağaclarının artırılması barədə müvafiq tapşırıqlar verib.

Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilib.

Alışar kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “...bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var”. Bu gün Ulu Öndərin müəllifi olduğu təhsil strategiyası ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında bu sahənin hərtərəfli yüksəlişi, tərəqqisi, maddi-texniki cəhətdən möhkəmlənməsi, dünya standartlarına uyğun təhsil ocaqlarının qurulması təmin edilir.

Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur rayonunun Alışar kənd məktəbində aparılan tikinti işlərinə baxıb.

Bildirilib ki, 2 mərtəbədən ibarət olacaq 342 şagird yerlik məktəb binasında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Müasir standartlara cavab verəcək təhsil ocağında nümunəvi şərait yaradılır. Burada 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və digər texniki otaqlar nəzərdə tutulub. Yenidənqurma işləri zamanı binaya iki korpus əlavə edilib. Binanın həyətində bufet, qazanxana tikilir, idman qurğuları quraşdırılacaq, yaşıllaşdırma işləri həyata keçiriləcəkdir.Ali Məclisin Sədri tikinti işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər