Dünya
10.09.2022 / 18:30
NATO Azərbaycanın 5 erməni hərbçisini təhvil verməsini təqdir edib
NATO Azərbaycan və Ermənistan arasında normallaşmanı dəstəkləyir.
"Xeber7" məlumat verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.
Kolomina Azərbaycan tərəfindən 5 erməni hərbçisinin heç bir vasitəçi olmadan qarşı tərəfə təhvil verilməsini yaxşı xəbər adlandırıb.
“NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - Stoltenberqin xüsusi nümayəndəsi qeyd edib.